Yazı İçi 468×60

ollandFransa Prezidenti Fransua Ollanddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, Fransa prezidenti təbrik məktubunda Qarabağ münaqişəsinə də münasibət bildirib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək dərinləşən və inkişaf edən ikitərəfli əlaqələrimizin əhəmiyyətini vurğulamaqdan məmnunluğumu bildirirəm. Mən, həmçinin əldə etdiyimiz gözəl nailiyyətlərə görə sevinirəm. Sizin böyük dəstəyinizlə bu il sentyabrın 15-də Bakıda açılan Fransız–Azərbaycan Universiteti buna bir nümunədir.

Sonda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyimin olduğunu bir daha diqqətinizə çatdırıram.

Cənab Prezident, Sizə bəslədiyim çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."