Fuad Abdurahmanlını anım mərasimi keçiriləcək

Fuad Abdurahmanlını anım mərasimi keçiriləcək

Müəllif: Redaktor

Baş Redaktor

2015-10-06-14-10-14fuad555Ötən ilin sentyabr ayında avtomobil qəzasında dünyasını dəyişmiş milli fəal, jurnalist Fuad Abdurahmanlının anım mərasimi keçiriləcək.

Oktyabrın 10-da saat 12.00-da Bakıda “Hilton”otelində təşkil olunacaq anım mərasimi ilə bağlı Fuadın yaxın dostları tərəfindən müraciət yayılıb. Müraciətdə deyilir:

Dəyərli dostlar! Milli fəal Fuad Turan Abdurahmanlının anım günü ilə bağlı “Fuad Turan” Mükafatının təqdimatına və onun tutduğu yolun, daşıdığı dəyərlərin cəmiyyətə daha yaxından tanıdılmasına həsr olunan tədbirə dəvətlisiniz.

Tədbirdə eyni zamanda azərbaycanlı gənclərin xaricdə təhsil almasına yardım məqsədi daşıyan “Fuad Turan Fondu”nun təsisi də reallaşacaq. Bununla da, hər il ənənəvi olaraq, Fuad Turan Abdurahmanlının doğum günündə, eyni adlı fond tərəfindən il ərzində öz sahəsində uğur qazanan bir azərbaycanlı gəncə mükafat təqdim olunmasının əsası qoyulacaq”.

Tədbirdə iştirak sərbəstdir. Əlaqə nömrəsi: 050 355 72 09

Xatırladaq ki, Fuad Abdurahmanlı ötən il sentyabrın 21-də Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişib. O, 1986-cl il oktyabrın 10-u Bakıda anadan olub. Uzun müddət Dünya Azərbaycanlıları Konqresinin (DAK) sıralarında təmsil olunub, DAK Gənclər Təşkilatında fəaliyyət göstərib, son illərdə DAK Məşvərət Məclisinin üzvü olub. Təhsilini Türkiyədə davam etdirən Fuad Abdurahmanlı 2013-cü ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsinə daxil olub. Siyasi elmlər və dövlət idarəetməsi ixtisası üzrə ali təhsil alan Fuad daha çox ictimai fəal kimi tanınsa da, həmçinin jurnalist kimi də fəaliyyət göstərirdi. O, 2012-ci ildən son günədək “Türküstan” qəzetinin eyni adlı saytının redaktoru vəzifəsində çalışırdı.

Əziz həmkarımıza Allah rəhmət eləsin!

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti