!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunur

!Reklam – Yazi

4e49b4fe0d98Keçirilmə vaxtı: 5-10 noyabr 2015-ci il

Açılış mərasimi: 5 noyabr saat 18:30
Keçirilmə yeri: Muzey Mərkəzinin Sərgi Qalereyası

5-10 noyabr 2015-ci il tarixləri arasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzinin Sərgi Qalereyasında III Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək. Sərginin təntənəli açılış mərasimi noyabrın 5-i saat 18:30-da baş tutacaq. Açılış günü sərgiyə giriş ancaq dəvətnamələr ilə həyata keçiriləcək.

Son 25 il ərzində təsviri incəsənət növləri arasında bir dünya mədəniyyəti irsi olaraq kukla özünün tam hüquqlu bir incəsənət növü olmasını getdikcə daha çox bəyan edir. Əsası oyun və teatral növlərdən qaynaqlansa da sanki yenidən yaranmaqla o, bədii kuklaya çevrilir və digər incəsənət növləri arasında öz layiqli yerini tutur. Bu gün məşhur kukla ustalarının işləri nəinki bir sıra ölkə rəhbərlərinin şəxsi kolleksiyalarında, həmçinin dünyanın ən yaxşı muzey və qalereyalarında saxlanılır. Hal-hazırda bədii kuklaların təxminən iyirmi istiqaməti mövcuddur və bunların arasında klassik, interyer, konseptual, kukla art-obyekt kimi, feşn-kukla treş-kukla, reborn, remplikant, qotik və s.-ləri vardır. Təkcə incəsənət aspektindən deyil, eləcə də texniki nöqteyi- nəzərdən müxtəlif təsnifatların siyahısı hər zaman artır.

Biennalenin adı olan “Fusion” sözü bir neçə mənaya malikdir. Bir caz termini kimi şərq və qərb musiqilərinin birləşməsi mənasını verir ki, onun da ifası zamanı həm qədim, həm də müasir alətlərdən istifadə olunur. Bu sözün başqa bir mənası memarlıqda eklektikaya tətbiq olunur. Beləliklə, Bakının möhkəm caz ənənələrini və memarlığının eklektikasını özündə birləşdirərək “Fusion” termini kukla incəsənətinin müxtəlif fərqli növlərinin nümayiş olunması üçün çox mükəmməl şəkildə uyğun gəlir. Hal-hazırda ekspozisiyasında kuklaların olmadığı tematik layihələri təsəvvür etmək çətindir. Bu fəaliyyətin bir nəticəsi kimi Bakıda regionda ilk “KUKLA” incəsənət qalereyası açılmışdır ki, bu da həm bakılıların, həm də şəhərimizin qonaqlarının həvəslə gəldikləri bir yerə çevrilmişdir. Qeyd edək ki, hamının çox bəyəndiyi I və II “Fusion Doll” biennaleləri də payız aylarında keçirilmişdi. Kukla Biennalelərinin məhz bu vaxt açılması təsadüfi deyil. Bu, təbiətin isti rənglərinə boyanmış yetkinliyin gözəlliyidir. Bu, həmçinin isti günəşlə leysan yağışın bir-birini əvəzləməsində öz əksini tapan qadın şıltaqlığıdır. Və nəhayət bu, tamaşaçıların kukla cildindəki əfsanəvi qəhrəmanları görə biləcəyi bir sirli bağçadır. Sərginin musiqi leytmotivi Secret Garden qrupunun, və Norveç bəstəkarı Rolf Lövlandın romantik melodiyalarıdır. Sərginin ekspozisiyasının özü isə həm də fortepiano prinsipinə görə qurulmuşdur – vizual olaraq eksponatlar dəyişərək bəzən forte – yüksək və bəzən də piano – sakit səslənirlər.

Biennaledə dünyanın yeddi ölkəsindən olan rəssamlar çıxış edəcəklər – Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Estoniya və Yaponiya.

Azərbaycanı Bakı tamaşaçılarının artıq çox sevdiyi və bütün Cənubi Qafqazda yeganə olan Art qalereya “KUKLA” təmsil edəcək. Məşhur kukla rəssamları Pərviz Hüseynov və İrina Qundorina öz əsərlərini təqdim edəcəklər. Bunlar, fəlsəfi məna ilə dolu olan, əlində silah əvəzinə öz gücü ilə bütün bəşəriyyətə qarşı dura bilən yazı üçün lələk tutan əsgər “Sahə mirzəsi” əsəri və əgər ona inanılsa istənilən əşyanın sehirli ola biləcəyi fikrini yada salan “Milad alması” adlı bədii kukladır.
Geniş diapazonda kiçik heykəllərin istedadlı müəllifi Tamilla Qurbanova məhz “Fusion Doll” üçün qadın mövzusunda kuklalar hazırlamışdır: “Əks olunma” – bir anlıq güzgüyə baxan qadının bir anı, “Sofi” – heç vaxt solmayan qadın gözəlliyinin bir rəmzi kimi məşhur aktrisa Sofi Lorenin portret kuklası, “İlbizin sirri” – ilbizin nəzərəçarpan astagəlliliyinin sonsuz qadın müdrikliyi kimi qələmə verildiyi reinkarnasiya.

Biennale çərçivəsində DA ART təsviri incəsənət mərkəzinin müəllimi Anarə Salmanova və bu mərkəzin məzunları Zinaida Həsənova, Nübar Şahbazova və Alla Liçnorovskayanın da əsərləri nümayiş olunacaq. Bundan əlavə studiyanın uşaq bölməsinin şagirdləri Mədinə Kərimova, Könül Ağamoğlanova, Əminə Əlıbəyli, Şahin Əlıbəyli, Aişə Salmanova və Ləman Rzayevə öz ayrıca layihələrini təqdim edəcəklər.

Gənc və çox perspektivli kukla rəssamı Fərəh Əliyeva da öz işlərini hazırlamışdır. S. Vurğun adına Azərbaycan Dövlət Dram Teatrının bədii tərtibat rəhbəri Olqa Abbasova da öz işlərini ilk dəfə nümayiş etdirəcək.

“Dünya Kuklaları” Fondunun ekspozisiyası Biennaleyə “Pandora Platinum – 2015” adı ilə çıxarılacaq. Rusiyadan olan “Dünya Kuklaları” kukla incəsənətinin inkişafına mədəni dəstək və yardım fondu artıq uzun illərdir ki, azərbaycanlı rəssamlar ilə yoldaşlıq edir və Bakıda kukla sərgilərinin mövcud olduğu ilk illərdən başlayaraq onlara dəstək olur və qabaqcıl rus müəlliflərinin əsərlərini gətirməklə həmin sərgilərdə iştirak edir. Pandora yunan dilindən tərcümədə “çox istedadlı”, “çox bacarıqlı” mənasını verir. Bu ad 2010-cu ildə “Dünya Kuklaları” Fondu tərəfindən nüfuzlu bir mükafat üçün seçilmişdir ki, bu da hər il kukla sənəti ilə əlaqəli peşəkar fəaliyyətlərin müxtəlif növlərində özünü parlaq şəkildə göstərmiş Rusiya və dünyanın başqa yerlərindən olan incəsənət xadimlərinin istedadlarının çoxtərəfliliyinə görə verilir: incəsənət əsərlərinin yaradılması, kolleksiyaların toplanması, peşəkar biliklər, kuratorluq, restavrasiya işləri, nəşriyyat, təşkilati fəaliyyət, tarix elmləri, pedaqoqika, jurnalistika və layihələr. 2014-cü ildən isə Fond “Pandora Platinum” mükafatını təsis edib ki, o da, “Oskar” mükafatı kimi kukla sənəti üzrə bütün dünyadan olan ən yaxşı rəssamlara verilir.

Hazırki “Fusion Doll” layihəsi çərçivəsində Moskva kukla məktəbi çox geniş təmsil olunub. Rusiyadan olan metrlər – 2014-cü ilin noyabr ayında Bakıda fərdi sərgisi çox böyük uğurla keçən Aleksandra Kukinova, İma Naroditskaya, Anastasiya Yanovskaya öz işlərini gətirəcəklər. Tamara Pivnyuk və Olqa Venjeqinin simasında Ukrayna slavyan ruhunun və qərbin klassik təqdimatının qızıl mərkəzini nümayiş etdirəcəklər. Estoniyanın kukla məktəbini bu ölkədə onun əsasını qoyanlardan biri Svetlana Vetrova təmsil edəcək. Həmçinin bu dəfə ilk dəfə olaraq tamaşaçıların mühakiməsinə Gürcüstan kukla ustaları Ketevan Dzidziquri və Nana Kaulaşvilinin işləri də çıxarılacaq. Yaponiyadan olan çox istedadlı rəssam Mari Şimizu viktorian dövrünün şəfəqini göstərəcək. Belarusiyadan olan məşhur rəssam Qalina Dmitruk özünün “İpək” adlı müəllif layihəsinı nümayiş etdirəcək. Mexanika- kukla həvəskarlarını 2013-cü ildə “KUKLA” Art Qalereyası üçün “Şərq-Qərb” adlı məşhur lövhənin hazırlanması ilə əlaqədar Bakıya dəvət olunan Sankt-Peterburqlu məşhur art-mexanik Viktor Qriqoryev sevindirəcək.

Paytaxtımızın sakinlərini unudulmaz yüksək incəsənət bayramı – müəllif kuklaları sənəti gözləyir.
III Beynəlxalq Kukla Biennalesinin İştirakçıları

AZƏRBAYCAN:
Art Qalereyası “Kukla”: qalereyanın sahibi Lalə Kazımova – YUNESKO D.Arts milli musiqi komitəsinin prezidenti; sənətşünaslıq doktoru; “Dünya Kukla sənətinə olan töhfələrinə görə” fəxri mükafat, Tallin (2014); “Kukla Sənəti” IV Moskva beynəlxalq sərgisinin diplomu (2013); “Fusion Doll” I və II Beynəlxalq Bakı kukla sərgilərinin diplomları (2011, 2013).
Qalereyanın direktoru Liana Vəzirova – Muzey mərkəzinin direktoru; Azərbaycan Rəssamlar İttifaqının üzvü; I beynəlxalq Bakı kukla biennalesi zamanı “kukla sənətinin inkişafına olan töhfələrinə və sərgiləmə sahəsində yüksək peşəkarlığa görə” “Vaxtanov” kukla qalereyasının diplomu;“Kukla Sənəti” IV Moskva beynəlxalq sərgisinin diplomu (2013); “Fusion Doll” I və II Beynəlxalq Bakı kukla sərgilərinin diplomları (2011, 2013).
“Kukla” Art Qalereyası sərgidə Pərviz Hüseynovu və İrina Qundorinanı (Azərbaycan), Zakir Əhmədovu (Azərbaycan), Fərəh Əliyevanı (Azərbaycan), Tamara Kvesitadzeni (Gürcüstan), Nel Qruteddeni (Niderland) və Aleksandra Kukinovanı (Rusiya) təqdim edəcəkdir.

 Pərviz Hüseynov və İrina Qundorina

Evli yaradıcı tandem; Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvləri; Azərbaycanın kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqının “incəsənətə töhfəyə görə” “Qızıl Əllər” media mükafatı ilə təltif ediliblər; kukla sənətinə həsr edilmiş bir çox beynəlxalq sərgilərin laureat və namizədi olmuşlar; Azərbaycanda konseptual kuklanın və kuklanın incəsənət obyekti kimi dərkinin baniləridirlər. Onların işləri dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda yer almışdır. Pərviz Hüseynov Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş “Fusion Doll” Bakı kukla biennalesinin müəllifi və kuratorudur. Hal-hazırda Cənubi Qafqazda yeganə bu cür qalereya olan “Kukla” Art Qalereyasında mütəxəssis qismində çalışır.

 Tamilla Qurbanova

Azərbaycanın dekorativ-tətbiqi incəsənət seksiyasının üzvüdür; akademik məktəbin nümayəndəsidir; həm klassik üslubda həm də birbaşa kukla və kiçik formalı heykəltaraşlığın sintezi üslubunda çalışır; dünyanın bir çox beynəlxalq sərgilərində iştirak etmişdir; T.Qurbanovanın portret işləri Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi, Azərbaycan Dövlət Gömrük muzeyi, Heydər Əliyev fondunun kolleksiyalarında, habelə Avropa və ABŞ-da şəxsi kolleksiyalarda yer almışdır.

 Anarə Salmanova
Azərbaycan Rəssamlar İttifaqının üzvü; DA ART müəllif kukla studiyasında uşaq bölməsində müəllimədir; bir çox sərgilərdə iştirak etmişdir: “Kofe rəngi” – Bakı, Muzey Mərkəzi (2015), “Gözəllik nuru” – Bakı, Muzey Mərkəzi (2012), “Venesiya maskalarının sirləri” – Bakı, Muzey Mərkəzi (2012), “Nar” – Bakı, Azərbaycan Rəssamlar İttifaqı (2013).

 Fərəh Əliyeva
Azərbaycan Rəssamlar İttifaqının üzvü; Moskva beynəlxalq sərgisinin (2011), I və II “Fusion Doll” Beynəlxalq Bakı Kukla Biennalesinin (2011, 2013) iştirakçısı, incəsənət studiyasında (art studio) art-direktor.

BELARUS:
 Qalina Dmitruk (Minsk)
“Pandora Platinum” beynəlxalq müsabiqəsinin laureatı; peşəkar heykaltaraşlıq gili brendi olan Darwi Roc brendinin siması. Son doqquz il ərzində rəssam tərəfindən 130-dan artıq interyer kuklası yaradılmışdır. Bunların çoxu Belarus, Rusiya, Ukrayna, Azərbaycan, Almaniya, İsveçrə, Belçika, İspaniya, Çexiya və ABŞ-da şəxsi kolleksiyalarda yer almışdır.

GÜRCÜSTAN:
 Ketevan Dzidziquri (Tiflis)
Tbilisi Dövlət İncəsənət Akademiyasının məzunu; teatr səhnə bədii-tərtibatçısı; Tiflisdə Leonidze adına Dövlət Gürcü Ədəbiyyatı Muzeyi, habelə “Vanda” incəsənət qalereyasında fərdi sərgilər; “Orient”, “Reaksiya”, “Ornament” kimi qalereya sərgilərində iştirak etmişdir; Tiflisdə folklor mərkəzində Ukrayna-Gürcüstan sərgisinin iştirakçısı.

 Nana Kaulaşvili (Tiflis)
Gürcüstanın qadın rəssamları arasında “Mənim Kuklam” fəxri diplomunun sahibi; “Art Avenyu” qalereyasında fərdi sərgi; Almaniyanın Münster şəhərində Gürcüstan Mədəniyyət Nazirliyinin sponsorluğu ilə “Puppenfrühling” beynəlxalq sərgisində iştirak emişdir; Leonidze adına Dövlət Gürcü Ədəbiyyatı Muzeyində sərgi. Onun işləri Almaniya, Fransa, İsrail, ABŞ, Argentina, Azərbaycan, Rusiya və Avstraliyada şəxsi kolleksiyalarda saxlanılır.

RUSİYA:
 “DÜNYA KUKLALARI” Mədəniyyət Fondu
Lana Letta – “Dünya Kuklaları” Mədəniyyət Fondunun prezidenti, Kukla Dizaynı Məktəbinin direktoru, “Kukla Ustası” jurnalının naşiri, kolleksiyaçı, Moskva kukla tarixi muzeyinin banisi.
Olqa Laxina – “Dünya Kuklaları” Mədəniyyət Fondunun icraçı direktoru, Sankt-Peterburqda “Kukla Zamanı” beynəlxalq kukla və Teddi ayıcıqları sərgilərinin təsisçisi və təşkilatçısı, Moskvada “Kukla Sənəti” beynəlxalq sərgisinin təşkilatçısı, “Kukla Ustası” jurnalının baş redaktoru, Rusiya rəssamları yaradıcı birliyinin (RRYB) üzvü.
İrina Mızina – “Vaxtanov” Kukla qalereyasının direktoru, himayədarlıq və maarifçilik sahəsində Qızıl Puşkin medalının laureatı, “Dünya Kuklaları” Mədəniyyət Fondunun idarə heyətinin üzvü, Moskvada “Kukla Sənəti” beynəlxalq sərgisinin təşkilatçısı, Rusiya rəssamları yaradıcı birliyinin (RRYB) üzvü.
“Dünya Kuklaları” fondu “Pandora Platinum – 2015” beynəlxalq müsabiqəsinin qalibləri olan Silviya Vezer (Almaniya) və İrina Bojçenkonun (Ukrayna) işlərini Bakıya gətirir.
İrina Bojçenko– peşəkar səviyyədə papye-maşedən sadə və qəliz formaya malik əşyaların hazırlanması ilə məşğuldur, əl boyası və divar yapma naxışının köməyi ilə interyer dekorasiyaları edir; dekorativ suvaqla rəsmlər çəkir; muncuqdan çantalar, bəzək əşyaları, art-obyeklər və suvenirlər tikir, müxtəlif üslublarda çalışır: etnik, arxaik, fentezi, romantika, modern. 1998-ci ildə o, “Maskarad” adlı ilk keramik maskalar və kuklalar sərgisini təqdim etmişdir. Bir çox beynəlxalq sərgilərdə iştirak etmişdir.
Silviya Vezer –heykəltaraşlıq sahəsində uğurlarına görə bir neçə nominasiyada “Eurodoll” mükafatına layiq görülmüşdür. “Avropanın ən yaxşı kuklası” mükafatı. Silviya Vezerin farfor (çini) kuklaları “Vaxtanov” Kukla Qalereyası tərəfindən hər il təşkil olunan beynəlxalq sərgilərdə iştirak edir.
 Aleksandra Kukinova (Moskva)
Moskva rəssamlar birliyinin üzvüdür. “Aleksandra” şirkətinin baş rəssamıdır. Peşəkar kukla sərgilərindən 40-dan artıq Rusiya, Avropa və Amerika mükafatlarına sahibdir. Onun işləri Azərbaycan da daxil olmaqla dünyanın bir çox muzey və şəxsi kukla kolleksiyalarında yer almışdır. Bir çox mükafata layiq görülmüşdür – “Peşəkarların Seçimi” Nyu-York, ABŞ (2008), “İlin mega kuklası”, “Doll of the Year” (ilin kuklası), “Most attractive exhibit” (Ən cazibəli eksponat), “Şedevrlər yaradan rəssam” – Moskvada I Beynəlxalq kukla salonu.

 Viktor Qriqoryev (Sankt-Peterburq)
Teatr sənəti akademiyasının məzunudur. Öz üslubunu ART-MEXANİKA – kinematik rəsmlər kimi təsvir edir. Lyore de Mar (İspaniya) festivalında gümüş və qızıl medalların sahibidir. Moskvada III Beynəlxalq kukla salonunda “Şedevrlər yaradan rəssam” nominasiyasının qalibidir. “Dollart.ru-Format” müsabiqəsindən “Brilyant Alma”-nın sahibidir. Rusiya rəssamlarının yaradıcı birliyi və beynəlxalq rəssamlar federasiyası tərəfindən “milli mədəniyyətə töhfələrinə görə” gümüş medala sahib olmuşdur. Onun işləri Rusiya, Ukrayna, Azərbaycan, Qazaxstan, ABŞ, İspaniya, Almaniya, Fransa, Avstriya, Finlandiya, Ərəb Əmirliklərində şəxsi və muzey kolleksiyalarında, teatr, muzey, mağaza və kafe vitrinləri və foyelərində yer almışdır.

 AnastasiyaYanovskaya (Moskva)
Rusiya rəssamları yaradıcı birliyinin üzvüdür. “Baxış” nominasiyasında “Dollart.ru-Format” müsabiqəsinin qalibidir. “Pandora Platinum – 2015” müsabiqəsinin laureatıdır. Sevr (Fransa) şəhərində beynəlxalq kukla salonlarının və Rotterdamda (Hollandiya) AHOY iştirakçısı olmuşdur. Onun işləri Avropa, Azərbaycan və Rusiyada şəxsi kolleksiyalarda yer almışdır.

 İma Naroditskaya (Moskva)
Moskva Rəssamlar Birliyinin üzvüdür. National İnstitute of American Doll Artists (NIADA – Amerika Kukla Ustalarının Milli İnstitutu) üzvüdür. Hər il NIADA konfrans və sərgilərinin iştirakçısıdır. “Milli mədəniyyətə töhfəsinə görə” Rusiya rəssamları yaradıcı birliyinin, beynəlxalq rəssamlar federasiyasının diplomuna, “Təsviri incəsənətin inkişafında töhfəsinə görə” Moskva Rəssamlar Birliyinin medalına və “Art Kuka incəsənət sahəsində mükəmməl nailiyyətlərinə görə” Yelena Qromovanın qalereyası tərəfindən fərmana layiq görülmüşdür.

UKRAYNA:
 Tamara Pivnyuk (Kiyev)
Rusiya rəssamları yaradıcı birliyinin üzvüdür. National İnstitute of American Doll Artists (NIADA – Amerika Kukla Ustalarının Milli İnstitutu) üzvüdür. “Dollart.ru-Format – 2013” peşəkar kukla müsabiqəsinin qalibidir (Moskva). Filadelfiyada (ABŞ, 2014) Kvinlan Art Kukla və Teddi Ayıcıqları Konvensiyasında (Quinlan Artist Doll & Teddy Bear Convention) Hellen Bullard mükafatının sahibidir. Onun kuklaları ABŞ, Rusiya, İngiltərə, İspaniya, Çexiya Respublikası, İsveç, Fransa, Qazaxstan və Ukraynada şəxsi kolleksiyalarda yer almışdır.

 OlqaVenjeqa (Donetsk)
“Kukla Sənəti” – Moskva (Rusiya) və “Dəbli Kukla” – Kiyev (Ukrayna) daimi iştirakçısıdır. Təltif edilmişdir: “İlin kuklası” – “Kukla Ustası” jurnalı, Moskva (Rusiya), MOAK (Kukla müəlliflərinin beynəlxalq birliyi) layihəsində “Ən yaxşı kukla”, Moskva (Rusiya) 2013. Onun işləri Ukrayna, Rusiya, Almaniya, Yaponiya, ABŞ-da şəxsi kolleksiyalarda yer almışdır.

ESTONİYA:
 Svetlana Vetrova (Kohtla-Yarve)
Estoniyada müəllif kuklalarının banilərindən biridir. Kukla müəlliflərinin beynəlxalq birliyinin (MOAK) üzvüdür. “Dünyanın müəllif art kuklalarının böyük ensiklopediyası”nda estoniyalı rəssam-kukla ustası kimi qeyd olunmuşdur. “Kuklaların Zamanı – qış 2011” beynəlxalq sərgi (Sankt-Peterburq, Rusiya) çərçivəsində “Şampan sıçrantıları” müsabiqəsinin qalibidir. “Dünya Kuklaları” kukla sənətinin inkişafına dəstək üzrə Mədəniyyət Fondunun “Pandora Platinum” II Beynəlxalq müsabiqəsində namizəd – Sankt-Peterburq (Rusiya). Onun işləri dünyanın bir çox muzey və şəxsi kolleksiyasında yer almışdır.

YAPONİYA:
 Mari Şimizu (Kumamoto)
Tama İncəsənət Universitetinin məzunudur. “Tohoku-gennya” kino biennalesinin qran-prisinə sahib olmuşdur. “Kajuen” (“Meyvə bağı”) kukla ustalığı üzrə atelyenin təsisçisidir. “MUCC” qrup, həmçinin “Red String Woman” və “Karamazov qardaşları” kimi televiziya proqramları üçün kuklalar hazırlamışdır. “ART BOX” tərəfindən kuklalar haqqında “Möcüzəvi Kukla” foto-kitabının və “Alice” kitabının naşiridir. “Garakutaya” qalereyasında “Qırmızı Məsumiyyət və Göy Hissiyyat” sərgisinin iştirakçısıdır. Mari Şimizunun işləri dünyanın bir çox qalereyası və şəxsi kolleksiyalarda yer almışdır.

Biennale çərçivəsində DA ART təsviri incəsənət mərkəzi (mərkəzin direktoru Dilarə Atakişiyeva – Azərbaycan rəssamlar birliyinin üzvü) iştirak edir. Belə ki, mərkəzin məzunları olan Zinaida Həsənova, Nübar Şahbazova və Alla Liçnarovskayanın, habelə studiyanın uşaq bölməsinin tələbələri olan Mədinə Kərimova, Könül Ağamoğlanova, Əminə Əlibəyli, Şahin Əlibəyli, Aişə Salmanova və Ləman Rzayevanın işləri təqdim olunacaqdır.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının bədii rəhbəri olan Olqa Abbasova ilk dəfə olaraq öz maraqlı süjetli kuklalarını biennaledə sərgiləyəcəkdir.

“Fusion Doll” III Bakı Beynəlxalq Biennalesinin təşkilatçıları:
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey mərkəzi
“KUKLA” Art Qalereyası
Layihənin rəhbəri: Lalə Kazımova, “KUKLA” Art Qalereyasının təşkilatçısı
Koordinator – Qalib Qasımov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təsviri və dekorativ sənət sektorunun müdiri
Birinci kurator və bienalle ekspozisiyasının müəllifi: Liana Vəzirova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi və “KUKLA” Art Qalereyasının direktoru
Ikinci kurator və “Fusion Doll” layihəsinin müəllifi – Pərviz Hüseynov, kukla ustası və “KUKLA” Art Qalereyasının kukla sənəti üzrə mütəxəssisi
Dizayn: rəssam Vüqar Əli
İnformasiya dəstəyi: “FUROR” jurnalı

Açılış mərasimində modelyer və dizayner Nadiya Taziyevanın “Nadit” brendinin modelləri iştirak edirlər.

 

www.yenicag.az

1160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv