!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbolçu keçmiş həyat yoldaşı haqda: "Striptiz göstərən qadından ana olmaz"

!Reklam – Yazi

“Beşiktaş”ın futbolçusu Caner Erkinlə razılaşma əsasında ayrıldığı həyat yoldaşı Asena Atalay arasındakı mübahisələr getdikcə böyüyür.

Caner Asenadan olan oğlu Çinarı öz nüfuzuna keçirmək üçün hərəkətə keçib.

Boşanarkən 6 yaşlı oğlunun anası ilə yaşamasına razılıq verən Erkin həyat yoldaşının ona uşaqları üçün yaxşı ana olacağına, əxlaqlı və ədəbli həyat yaşayacağına dair söz verdiyini deyib. Atalayın verdiyi sözü yerinə yetirmədiyini bildirən futbolçu oğlunun ona verilməsi üçün məhkəməyə müraciət edib.

O, keçmiş həyat yoldaşının uşağı üçün ondan tələb etdiyi pulları özü üçün xərclədiyini və zamanını oğlu ilə keçirməli olsa da səyahətlərdə, gecə klublarında, ev partilərində və striptiz klublarında əyləndiyini söyləyib.

Caner Asenanın İnstaqramdakı striptiz videosundan da danışaraq, “Striptiz göstərən qadından ana olmaz”, – deyə bildirib.

Qeyd edək ki, bir müddət öncə Asena Atalay İnstaqram hesabında striptiz videosunu paylaşaraq “Dirək gördümsə dayana bilmirəm” başlığını yazmış və futbolçu da ona “Bundan sonra sosial şəbəkələrdə paylaşdıqlarına diqqət yetir, bu mövzu ilə də bağlı bir daha danışma” yazaraq irad bildirmişdi.

Yeniçağ.az

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv