!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbolçu oğurluğun qarşısını almaq istəyərkən güllələndi

!Reklam – Yazi

Futbol üzrə Fil Dişi Sahili yığmasının üzvü Jorj Qriffits Abidjan şəhəri yaxınlığında oğurluq hadisəsinin qarşısını almaq istəyərkən güllələnib.

Yenicag.az xəbər verir ki, bu barədə sözügedən ölkə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 5-də cinayətkarlar onun Mercedes markalı avtomobilini oğurlamağa cəhd göstəriblər. Onlardan biri oğurluğun qarşısını almağa çalışan Qriffitsə iki dəfə atəş açıb. Oğrular dərhal hadisə yerindən qaçıblar. Həkimlər dərhal xəstəxanaya çatdırılan futbolçunun həyatını bütün cəhdlərə baxmayaraq, xilas edə bilməyiblər.

27 yaşlı hücumçu son olaraq Macarıstanın “Dioşdyor” klubunun şərəfini qoruyub. Lakin iyun ayından bəri işsiz qalan futbolçu özünə başqa klub tapa bilmirdi.

www.yenicag.az

1977
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv