yenicag.az

Futbolçumuz yaddaşını itirdi

Futbolçumuz yaddaşını itirdi

Müəllif: Redaktor

Editor

Dünən I divizionun “Şәmkir” – “Şahdağ”oyununda xoşagəlməz hadisə yaşanıb. Belə ki, qonaq komandanın futbolçusu Sərxan Ağayev 60-cı dәqiqәdә rәqib oyunçu ilə toqquşub. Nəticədə, futbolçu huşunu itirib. Meydançaya daxil olan həkimlər futbolçunu xәstәxanaya aparıblar. 

S.Ağayevin hazırki durumu ilə bağlı “Şahdağ” klubunun mətbuat xidmətindən Yeniçağ.az-a məlumat verilib:

“Futbolçumuz 6-7 saat huşsuz vəziyyətdə qaldı. O, güclə özünə gəlib. Onu ertəsi gün özümüzlə aparmaq istəsək də həkimlər uzaq yola icazə vermədilər. Buna görə də Şəmkirdəki tanışıgildə qaldı. Bu barədə ailəsi ilə də razılaşdıq. Şükürlər olsun ki, indi yaddaşı tədricən qayıdır. Ancaq dişləri qırılıb. Hətta üst damağının da sınma ehtimalı var. Rentgenə görə Bakıya gətiriləcək. Həkimlər 1 ay ərzində məşqlərə icazə vermir”.

Aygün İlqarqızı

Yeniçağ.az

Foto Qalereya:

Xəbərlər, İdman, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti