!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidə tank əleyhinə mina tapılıb

!Reklam – Yazi

14835353896305918297_1000x669Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Füzuli rayonunun Böyük Bəhmənli kəndində su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd “TM-62” tank əleyhinə minanın partladıcısını (MVÇ-62) aşkar edərək götürüblər. Baxış zamanı min yüz kvadratmetr ərazi yoxlanılıb.

Yeniçağ.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən 2017-ci il yanvarın 1-dən 4-dək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, min yüz kvadratmetr ərazi yoxlanılıb.

Yeniçağ.Az

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv