Yazı İçi 468×60

g20 qaraNövbəti G20 sammitinə qədər vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrin “qara siyahısı” hazırlanacaq.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu G20 ölkələrinin maliyyə qurumlarının və Mərkəzi banklarının rəhbərlərinin görüşündən sonra Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bildirib.

Növbəti G20 sammiti 2017-ci ilin iyulunda keçiriləcək. S. Storçak deyib ki, G20 ölkələri vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrlə əlaqədar məsələ ilə ciddi məşğul olmağa qərar verib: “Qara siyahı” növbəti sammitdə hazır olmalıdır. Bu, görüşün yekun Bəyannaməsində də yer alıb”.

Rusiya maliyyə nazirinin müavini qeyd edib ki, “qara siyahı”nın əsas kriteriyaları da artıq məlumdur. Sorğu üzrə informasiya mübadiləsində, avtomatik informasiya mübadiləsində iştirak etməyən ölkələr “qara siyahı”ya salınacaq. Hələ ki, “qara siyahı”ya salınacaq ölkələrlə əlaqədar cəza tədbirləri müəyyənləşdirilməyib və bu məsələyə növbəti mərhələdə baxılacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."