!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Garant İnşaat sənaye” fəaliyyətini genişləndirir

!Reklam – Yazi

“Garant İnşaat Sənaye” MMC 2015-ci ilin dekabr ayına qədər “Azbentonit” MMC olaraq fəaliyyət göstərmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan müəssisədə 500-dən çox işçi çalışır.

Öz profili üzrə ölkədə yeganə genişçeşidli müəssisə olan “Garant İnşaat Sənaye” MMC zəngin xammal bazasına malikdir. İSO sertifikatının tələblərinə uyğun fəaliyyət göstərən şirkət “Azbentonit” sementi, Giper gips məhsulları, Fiber keramika yapışdırcıları, Flora və Qarant boyaları, aralıq doldurcuları və digər inşaat materialları istehsal edir. İstehsal olunan məhsullarının keyfiyyətinə isə Dövlət Standartlaşdırma və Patent Agentliyi tərəfindən akkreditasiya olunmuş Mərkəzi Sınaq Laboratoriyasında fasiləsiz nəzarət olunur.

MDB məkanında ən iri inşaat materialları istehsalçılarından biri olan “Garant İnşaat Sənaye” MMC-nin məhsulları daxili bazarda uğurla sınaqdan keçmiş, minlərlə alıcının rəğbətini qazanmışdır.

Müştəri məmnuniyyəti, yüksək keyfiyyət, o cümlədən istehsal prosesində şirkət rəhbərliyinin ciddi mövqeyi inşaat bazarında böyük uğurlara səbəb olmuşdur. İstər korporativ , istərsə də Bakı və Abşeron ərazisində, həmçinin regionlarda fəaliyyət göstərən müştərilərlə yaradılan səmimi münasibətlər bazar payını qorumağa və artırmağa imkan verir. İllər ərzində əldə olunan təcrübə, ölkənin inşaat sektoruna verilən töhvələr, alıcların inamı, xüsusilə ölkədə yaradılan münbit iqtidadi şərait “Garant İnşaat Sənaye” MMC-yə fəaliyyətini daha da genişləndirməyə, onun dinamik inkişafına zəmin yaradır.

Eyni zamanda şirkətin uğurları ölkə hüdudlarından kənara çıxmaqdadır. Belə ki, müəssisə istehsal etdyi məhsulları ixrac etmək üçün qonşu və yaxın dövlətlərdə səmərəli danışıqlar aparmış və malların göndərilməsi uğurla həyata keçirilməkdədir.

Bazarın tələblərinə uyğun olaraq məhsul çeşidlərini, ümumiyyətlə xaricdən asılılığı azaltmaq üçün daxili istehsalın potensialını artırmağı qarşıya məqsəd qoyan şirkət rəhbərliyi yeni iş yerlərinin də açılmasına xüsusi maraq göstərir.

Yeniçağ.az

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv