www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gəncə Dövlət Universitetinin rektoru prof. Yusif Yusibov 4 cü kurs tələbələri ilə görüş keçirib

17 aprel 2017-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasında rektor professor Yusif Yusibovun müxtəlif ixtisasların IV kursunda təhsil alan tələbələrlə imtahanqabağı görüşü olmuşdur. Tələbələri salamlayan rektor onların sözlərini demələri üçün dekan və müəllimlərin iştirak etmədiyi bu görüşdə fəal olmalarını, universitetin şərəfinə xələl gətirən qüsurları açıq-aşkar bildirmələrini tövsiyyə etdi. Qeyd etdi ki, Universitetin bu günki uğurları üçün gərgin iş aparılıb. İstəmişik ki, tələbələrimiz, tələb olunan şəraitli və təminatlı ali məktəbdə təhsil ala bilsinlər. Hər bir tələbənin problemi diqqət mərkəzində olub, onların hərtərəfli inkişafları üçün lazımi qayğılar göstərilib. İmtahanların da şəffaf keçirilməsi ən ümdə vəzifəmizdir. Amma qüsurların, şəffaflığa mane olan səbəblərin aşkarlanmasında daim tələbələrə arxalanmışıq.

Professor Yusif Yusibov olduqca səmimi keçən bu görüşdə tələbələrin imtahan və digər məsələlərlə bağlı suallarını cavablandırdı. Deyilən nöqsanların bir qismi yerindəcə həll edildi, bir qismi də araşdırılması üçün nəzarətə götürüldü. Görüş hər iki tərəfin yüksək razılığı ilə yekunlaşdı.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 74
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."