!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Gecə ilə şəhidlərin plakatlarını sökdülər" - Zakir Fərəcova şok ittiham

!Reklam – Yazi

Ötən gün xəbər verdiyimiz kimi bir qrup vətənpərvər gənc Sumqayıtda aprel döyüşlərində şəhid olan hərbçilərimizlə bağlı layihə həyata keçirərkən gözlənilməz hadisə ilə qarşılaşıblar.

Yenicag.az-ın məlumatına görə, şəhidlərin yaşadıqları evlərin yanına plakatlar vurmaq istəyən gənclərə Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri mane olub. Bu azmış kimi başçı Zakir Fərəcovun adamları gecəykən şəhidlərin plakatlarını söküblər.

Bu barədə Yenicag.az saytına açıqlamasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı ətraflı şəkildə məlumat verib.

Hadisənin təfərrüatını danışan M.Əsgərqızı, şəhidlərimizə icra başçısının adamları tərəfindən hörmətsizlik edildiyini vurğulayıb:

“Biz hər zaman dövlətə dəstək fonunda şəhid ailələrinin yanında oluruq. Şəhidlərimizin igidliyinin təbliği, onların unudulmaması üçün müxtəlif layihələr həyata keçiririk. Bu dəfə şəhid ailələrinin müraciət ilə Sumqayıtda layihəyə başladıq. Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundov, Şülan Bayramov, Seymur Baxışovun yaşadığı məhəllələrdə plakatlar vurduq. Biz hələ belə hörmətsizliklə qarşılaşmamışıq. İndiyədək atdığımız addımlara görə bizi alqışlayıblar. Axşamtərəfi Əbdülməcid Bayramovun şəkli olan plakatı vurduq. Bu işdə bizə şəhidimizin qardaşı və atası da kömək etdilər. Ordan çıxıb gəlib Seymur Baxışovun plakatını vuranda Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri gəldi. İcra başçısının müavini Akif Quluyev şəhidin atası ilə danışmağa başladı. Qayıtdı ki, “sənə biz nələr etməmişik? Bu nədi belə icazəsiz?”. Atası da “nə edirəm?” dedi. Məcbur qalıb işimizi dayandırdıq. Dedik, şəhid ailələri icazə alsınlar. Səhəri gün plakatlar vuruldu, iki gün heç kimdən səs çıxmadı. Üçüncü gün gecə saat 4-də şəhid ailələri zəng etdilər ki, plakat olan dirəkləri söküb götürüblər. Ertəsi gün şəhid ailələri səhət saat 8-dən icra hakimiyyətinin önündə gözlədi, heç kim qəbul etmədi. Sonra da boyunlarından atdılar ki, biz sökməmişik. Amma bizdə çəkilişlər, faktlar var”.

Emin Səfərov

www.yenicag.az

10199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv