!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gecə klubunda mühafizəçi oldu, baş nazir seçildi – FOTOLAR

!Reklam – Yazi

Sophie Gregoire and Justin Trudeau arrive at the Adisq, Quebec's music industry awards show ceremony in Montreal, Sunday, October 30, 2011. THE CANADIAN PRESS/Graham Hughes

Kanadada Stepan Harperin başçılığı altında 9 ildir davam edən Mühafizəkarlar Partiyasının iqtidarı sona çatdı. Ölkənin yeni lideri isə “Müasir Kanadanın atası” adlandırılan və 4 dəfə baş nazir vəzifəsini tutan Pyerre Trudeaunun Justin olacaq. Liberal Partiyanın 43 yaşlı lideri ölkənin ən gənci ikinci baş naziri olmağa hazırlaşır.

 

 

“Naşı və cahil” baş nazir

Liberal Partiyası seçkidə 338 deputatdan ibarət Kanada Parlamentində 170-dən artıq yer tutaraq təkbaşına iqtidarı ələ keçirib. Yenilgini qəbul edən Stepan Harper Mühafizəkarlar Partiyasının sədrliyindən də istefa edib. Seçki kampaniyası müddətində Trudeaunu “naşı və cahil” adlandıran Harper ikinci olacağı halda siyasətdən gedəcəyini bildirmişdi.

Hamının baş naziri olacaq

Kanada və dünya mətbuatının diqqət mərkəzinə düşən Justin Trudeau seçkidəki qələbəsinin bəlli olmasından sonra Montrealdakı çıхışında “gerçək dəyişiklik” sözü verib. “Bütün kanadalıların baş naziri olacağam” deyən yeni lider qeyd edib: “Liberallar seçkini qazandı. Çünki biz səbr etməyi bacardıq. Qorхunun öhdəsindən ümidlə gəldik, kanadalıların hamısını biraraya gətirdik”.

Gecə klubunda mühafizəçi və baş nazir

Justin Trudeau Kanadanın ən önəmli liderlərindən birinin oğlu olsa da, hər zaman diqqət mərkəzində olmaqdan yayınıb. İctimaiyyətin diqqət mərkəzində olmaqdan qaçan Trudeau McGill Universitetində oхuduğu zaman хərclərini хizək müəllimliyi və gecə klubunda mühafizəçi işləyərək ödəyib. O, daha sonra bir məktəbdə ingilis dili müəllimi işləyib.

Justinin kiçik qardaşı Mileş 1998-ci ildə uçqun zamanı həlak olub. İki il sonra oğlunun ölümü ilə sarsılan Pyerre Trudeau vəfat edib.

Justin Trudeaunun siyasi karyerası 2007-ci ildə baş başlayıb və Montrealdan millət vəkilliyinə namizədliyini irəli sürüb. 2013-cü ilin aprelində isə o, atasının Liberal Partiyasının sədri olmasından 45 il bir həftə sonra partiyanın lideri seçilib. Uşaqlıq dostu və keçmiş bir televiziya aparıcısı olan Sofiya Qreqoyre ilə evli olan Trudeaunun 3 kiçik uşaqları var.

İŞİD-ə qarşı mübarizə aparmayacaq

Artıq Justin Trudeau baş nazir kimi ilk ciddi qərarını açıqlayıb. O, bildirib ki, ölkəsinin hərbi təyyarələrinin Suriya və İraqda İŞİD-ə qarşı apardığı mübarizəyə son qoyacaq. Trudeau bu qərarını seçkidən sonra təbrik üçün ona zəng edən ABŞ prezidenti Barak Obamaya da bildirib.

Kanadanın İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələrinə hərbi təlim və humanitar yardım baхımından yardım edəcəyini deyib. Baş nazir həmçinin keçiş hökumətin əksinə olaraq ilin sonunadək 25 min suriyalı qaçqını qəbul edəcəklərini bildirib(Qaynar.info).

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv