!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Gecə saat 3-də Vüsalənin evində..." - Günelin qardaşı söhbətə çağırıldı - Qalmaqal

!Reklam – Yazi

“Maşın şou”nu tərk edən Günel Ələkbərovanın Vüsalə Kərimova haqqında söylədiyi “Oğlu yaşında oğlanla görüşür” ifadəsi qalmaqala səbəb olub. Bir çox insanların fikrincə, Günel Yaşar Cəlilovu nəzərdə tutaraq belə deyib.

Yeniçag.az-a çıqlama verən Y. Cəlilovun məsələyə reaksiyası sərt olub:

“Heç kim mənim adımı Vüsalə ilə sevgili kimi hallandıra bilməz. Əgər Günel Ələkbərova məni nəzərdə tutub belə deyibsə, bu məsələni belə qoymayacam. Onun atası, qardaşı, ya əmisi ilə danışıb məsələyə aydınlıq gətirəcəm. Əvvəla, mən Vüsalənin oğlu yaşında deyiləm, 28 yaşım var, onun oğlu isə 17 yaşındadır. Digər tərəfdən sosial şəbəkədə də bizim adımızı sevgili kimi hallandırırlar, ayıbdır. Biz ailəvi dostuq, eyni zamanda, o, mənim prodüserimdir. Kimsə məni gecə saat 3-də Vüsalənin evində tutmayıb, yaxud da sevgi mesajlarımızı oxumayıb. Adımı Vüsalə ilə hallandıran istənilən şəxs qələt edir, mən həmin adamla harda lazımdırsa, danışmağa hazıram, gəlsin söhbət edək”.

Cəvahir

www.yenicag.az

21644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv