Gecə Sabunçuda nələr baş verib?

Müəllif: Redaktor

Editor

photo_49662Ötən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslərlə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bəyanat yayacaq.

Bunu Komitənin mətbuat Xidmətindən bildiriblər. Qurumdan verilən məlumata görə, hazırda sözügedən məsələ ilə bağlı sənəd hazırlanır. Bəyanat yaxın saatlarda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb(trend).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir