www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan-Ermənistan sərhədində yerləşən Gədəbəy rayonunun mərkəzi xəstəxanası TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən təcili tibbi yardım ambulansları ilə təmin edilib.

Yenicag.az xəbər verir ki, TİKA “Azərbaycanda təcili tibbi yardımın keyfiyyətinin artırılması layihəsi” çərçivəsində fəaliyyətlərini davam etdirir. Bunun üçün Türkiyədən tam təchizatlı ambulans gətizdirilərək, Gədəbəy rayon Mərkəzi xəstəxanasına verilib.

Təslim mərasimində Gədəbəy rayon icra hakimiyyətinin sədr müavini Vüsal Musayev, xəstəxananın baş həkimi Ramiz Pirverdiyev, TİKA-nın Bakı koordinatoru Adəm Urfa, xəstəxananın həkimləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Vüsal Musayev TİKA-ya və türk millətinə minnətdarlığını bildirib. Baş həkim Pirverdiyev isə ambulansın üstündə yazılan “Türk xalqının hədiyyəsidir” ifadəsinə diqqət çəkərək, hər zaman Azərbaycanın yanında olduğu üçün qardaş Türkiyəyə və türk xalqına təşəkkür edib.

Xüsusilə, qış aylarında bu vasitəylə xəstəxanaya getməkdə çətinlik çəkən xəstələrə yerindəcə yardım göstəriləcək. Hədiyyə olunan təcili tibbi yardım maşını 108 kəndə xidmət göstərəcək.

Qeyd edək ki, ötən il də TİKA Gədəbəy rayonundan olan 40 tibb işçisini İzmirdə təşkil edilən təlimlərə göndərmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1317
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."