Gədəbəydə sürüşmə – 13 yaşayış evi təhlükəli vəziyyətdə

Müəllif: Redaktor

Editor

sre

Gədəbəy rayonunun Arıqıran kəndində sürüşmə hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Arıqıran qədim sürüşmə sahəsidir.

Onun sözlərinə görə, Arıqıran kəndi rayon mərkəzindən 25 km cənub-qərbdə, mailliyi 12-30 dərəcə olan dağətəyi yamacda yerləşir: “Sürüşmə prosesinin inkişaf etdiyi ərazidə gilli çöküntülər daha çox yayılıb ki, bu da sürüşmənin baş verməsinə zəmin yaradır. Arıqıran sürüşmə sahəsi 500-700 metr ərazini əhatə edir. Kütlə üzərində müxtəlif istiqamətli çatlar və 15-20 metr dərinliyində oturmalar əmələ gəlib”.

Ə. Qaralov qeyd edib ki, sürüşmə kütləsinin üzərində ölçüləri 15-45 metr olan göl də mövcuddur: “Ümumilikdə bu prosesin əhatə etdiyi sahədə hazırda 13 fərdi yaşayış evi yerləşir və proses aktiv fazadadır”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır