www.sinerjipro.net

SinerjiProWide
Reklam

marshrut1Naxçıvan-Bakı marşrutu üzrə işləyən avtobuslarda gediş haqqı bahalaşıb.

Naxçıvana İran ərazisindən gedən avtobusların gediş haqqı əvvəlki qiymətə nisbətən qalxıb. Bundan sonra Muxtar Respublikaya 16 manata yox, 26 manata getmək mümkün olacaq.

Avtobusların qiymətlərinin qaldırılması əhali arasında narazılığa səbəb olub. Ötən gün Naxçıvana getmək istəyən sərnişinlərdən birinin verdiyi məlumata görə, sərnişinlərlə avtobus sürücüləri arasında ciddi narazılıq yaranıb. Sərnişinlər belə bir vaxtda gediş haqqının artırılmasına etiraz ediblər. Lakin etirazlara baxmayaraq sürücülər qiymətlərdə güzəşt etməyiblər.

Bəzi məlumatlara görə isə qiymətlər işbazların təklifi ilə qeyri-rəsmi şəkildə qaldırılıb.

Məlumat üçün bildirək ki, Naxçıvan-Bakı reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə, 12-13 saat ərzində ümumilikdə 503 kilometr məsafə qət etməli olurlar.

Xatırladaq ki, Naxçıvandan Bakıya avtobusla sərnişin daşınmasını 3 yerli və 1 İran şirkəti həyata keçirir. Bundan əlavə, Muxtar Respublika sakinləri istisna olmaqla Azərbaycanın digər bölgələrində yaşayan sakinlər Naxçıvana getmək üçün İran tərəfinə tranzit vizası üçün pul ödəməli olurlar.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."