!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyədə baş verən çevrilişə cəhddən sonra məlum oldu ki..." - Beynəlxalq Simpoziumun I paneli

!Reklam – Yazi

“Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən Bakıda keçirilən “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziumun birinci paneli sona çatdı.

Yenicag.az xəbər verir ki, paneldə “Ülke TV”-nin baş direktoru Hasan Öztürk, rusiyalı politoloq Maksim Şevçenko, qazaxıstanlı ekspert Murat Abenov, gürcü politoloq Gela Vasadze və azərbaycanlı politoloq Gülnarə Məmmədzadə iştirak edib. Panelin moderatoru Sabir Rüstəmxanlı olub.

Paneldə ilk olaraq türk ekspert çıxış edib.

O, bölgədəki təhlükəsizlikdən söz açıb və regionumuzdakı ölkələrin əməkdaşlığının vacibliyini vurğulayıb. O, qeyd edib ki, qarşılıqlı anlaşma və əməkdaşlıq sayəsində regionda sülhə və əmin-amanlığa nail olmaq olar.

Daha sonra rusiyalı politoloq Maksim Şevçenko çıxış edərək, Rusiya-Türkiyə əlaqələrindən, həmçinin bu əlaqələrin Qafqaz, Orta Asiya, Yaxın Şərq regionlarında baş verən geopolitik proseslərə təsirindən bəhs edib.

Şevçenko simpozium iştirakçılarına rus qırıcısı ilə bağlı hadisəni xatırladıb və bildirib ki, həmin hadisənin iki ökə arasında az qala müharibəyə səbəb olacaqdı. Lakin Türkiyədə baş verən çevrilişə cəhddən sonra məlum oldu ki, Türkiyənin özündə, ordunun içində müəyyən güclər var ki, hansılar ki, iki ölkəni toqquşdurmaq istəyirdilər.

“Lakin Türkiyə hakimiyyətinin sayıqlığı və siyasi azadlığı sayəsində, həmçinin türk xalqının bu gün rus-türkiyə əlaqələrinə göstərdiyi dəstək sayəsində Rusiya-Türkiyə arasındakı münasibət sabitləşir və inkişaf edir”.

Sonra qazaxıstanlı ekspert Murat Abenov çıxış edib.

O, öz çıxışına doğma qazax dilində başlayıb. Simpozium iştirakçılarını salamlayan Abenov, nitqinə rus dilində davam edib. Ekspert çıxışı əsnasında türk dövlətlərinin MDB ölkələri ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

Gürcü politoloq Gela Vasadze isə çıxışında Qafqazda mövcud olan konfliktlər haqqında danışıb və Rusiyanın bu konfliktlərdəki rolunu şərh edib.

O, tez bir zamanda abxaz, şərqi-osetiya və Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayıb. Gela Vasadze onu da əlavə edib ki, Rusiya daha düzgün mövqe tutmalı və bu münaqişələrdə separatik rejimləri dəstəkləməkdən vaz keçməlidir.

“Bu münaqişələrin həll olunmayacağı təqdirdə, xarici güclər öz məqsədlərində bu situasiyadan istifadə edəcəklər və beləliklə, regionumuz daima böyük müharibənin episentri olmaq təhlükəsi daşıyacaq”.

Politoloq Gülnarə Məmmədzadə də öz növbəsində, regionumuza dair aktual olan mövzulara toxunub.

Məmmədzadə, Ankara və Moskvanın əməkdaşlığının vacib olduğunu qeyd edib. O, vurğulayıb ki, məhz bu yaxınlaşma Qafqaz və Orta Asiya regionlarındakı sülhə, sabitliyə, inkişafa böyük töhvə verə bilər.

Panelin davamında simpozium iştirakçıları ekspertlərə sual ünvanlayıblar.

Azərbaycanlı politoloq Elxan Şahinoğlu çıxışı zamanı Maksim Şevçenkoya müraciət edərək,

“Keçən il baş verən Aprel döyüşləri zamanı, Moskvadan gələn bir zənglə azərbaycan ordusunun əməliyyatı dayandırıldı. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu nəzərə alsaq, Moskvadan gələn bir zənglə Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündürmü?” – deyə sual verib.

Şevçenko: “İndi siz istəyirsiniz ki, Moskvadan Sarkisyana zəng gəlsin və Ermənistan tərəfindən işğal altında olan 7 rayonun qaytarılması əmr edilsin? Mən Aprel döyüşlərinin detallarına toxunmaq istəmirəm. Hər iki tərəfdə xeyli itki olmuşdu. Dağlıq Qaabağda ermənilərin itirəcəyi heç nə yoxdur. Bu səbəbdən müh aribə heç kimə yaxşılıq verməyəcək. Rusiya rəsmi olaraq, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Rusiyada Azərbaycan biznesi uğurla inkişaf edir. Gəlin, qaşınmayan yerdən qan çıxartmayaq. Bu münaqişənin sabitləşməyində iki faktor rol oynamalıdır: Azərbaycan və Ermənistan.

Panelin sonunda natiqlərə plaketlər verildi.

 

 

 

 

www.yenicag.az

6063
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv