!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəlini ilə sevişib oğlunu öldürən ata həbs edildi

!Reklam – Yazi

g6 (1)Azərbaycanda 14 il əvvəl qətl törətməkdə təqsirləndirilən qayınata və gəlini barəsində həbs qətimkan tədbiri seçilib

Quba Rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmin qərarla razılaşmayan H.Əliyev isə apelyasiya şikayəti verib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir (APA).

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv