!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc alim Azərbaycan təhsilindən danışdı

!Reklam – Yazi

“Ölkəmizin dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyasında gənclərin potensialı öncəlik təşkil edir.”

Müstəqil dövlətimizin gələcək hərtərəfli inkişafına etibarlı təminat yaradan dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycanda təhsil lazımi səviyyədədir, savadlılıq təxminən 100 faiz təşkil edir və bütün bunlar elmin inkişafı üçün əsas bazadır. AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən olan elm və təhsilin inteqrasiyasında əldə olunmuş nailiyyətlər Akademiyanın Azərbaycan elmində həyata keçiridiyi islahatlarda və paralel olaraq gənclər siyasətində yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu fikirləri Akademik.Az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu 2 Fevral Gənclər Günü ilə bağlı danışarkən deyib.

C.İsmayıloğlunun sözlərinə görə, ölkəmizin dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyasında gənclərin potensialı öncəlik təşkil edir. Bütün bunların fonunda Azərbaycan Milli Elmlər Akademiyası sürətlə gəncləşir: “AMEA-da magistratura təhsilinin yaradılması elm və təhsilin inteqrasiyasında əldə olunmuş ən mühüm nailiyyətdir. Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılması, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarının imzalanması və digər bu istiqamətdə həyata keçiriləcək ardıcıl tədbirlər elm və təhsilin inteqrasiyasını gücləndirəcək.”

Yenicag.az

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv