!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc alim beynəlxalq ekoloji standartlardan yazdı

!Reklam – Yazi

11914247_10205213428752368_1642051938255612062_oAzərbaycanda “Beynəlxalq ekoloji standartlar insan hüquqları kontekstində” adlı kitab işıq üzü görüb.

Bakı Dövlət Universitetindən (BDU) Yenicag.az-a verilən məlumata görə, yeni kitabın müəllifi universitetin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, gənc alim Daşqın Qənbərovdur.

Elmi əsərdə dünyada mövcud olan ekoloji standartlara hüquqi prizmadan yanaşılıb.

Qeyd edək ki, D.Qənbərov 2009-cu ildə “Beynəlxalq ekoloji standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik disstertasiyasını müvəffəqiyyətlə müdafiə edib 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsini alıb.

Daşqın Qənbərov kimdir?

Daşqın Məcid oğlu Qənbərov 19 avqust 1978-ci ildə Azərbaycan Respublikası Biləsuvar rayonunda anadan olub.

1996-cı ildə Bakı Dövlət Universitetinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə bitirdiyinə görə universitet rəhbərliyi 2006-cı ildə onu Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisası üzrə əyani doktoranturaya qəbul edib.

D.Qənbərov 2009–cu ildə “Beynəlxalq ekoloji standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik disstertasiyasını müvəffəqiyyətlə müdafiə edib 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti Yaninda Ali Attestasiya Komissiyasının qərarı ilə “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsini alıb. O, elmi tədqiqat işi ilə paralel olaraq universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur.
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq ümumi hüquq” kafedrasının müəllimidir.

Daşqın Qənbərov müxtəlif yerli və beynəlxalq elmi konfranslarda çıxış etmiş, 20-dən artıq elmi məqalə dərc etdirib.

2009-2010-cu illərdə gənclər sahəsində gördüyü işlərə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən “Yaxşıların Yaxşısı” fəxri adına layiq görülüb və xatirə medalı ilə təltif olunub.

2010-cu və 2011-ci illərdə BDU-nun rektoru akademik Abel Məhərrəmov tərəfindən “İl ərzində peşəkar, səmərəli və məhsuldar fəaliyyətinə gorə” Fəxri Fərmanlarla təltif olunub.

2010–cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

2014-cu ildə “Azərbaycan həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub. Bu medal həmkarlar sistemində ən ali mükafatdır.

11914247_10205213428752368_1642051938255612062_o 11949375_10205213428152353_7343410546510928654_n 11952020_10205213428192354_837295805112981119_n

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv