!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənc jurnalistlər arasında etik davranışların təbliği” layihəsi başa çatdı – Foto

!Reklam – Yazi

1475140678__mg_283627 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan “Gənc Jurnalistlər arasında etik davranışların təbliği” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin bağlanış mərasimində millət vəkili Qənirə Paşayeva, media kapitanları, QHT sədrləri və layihə iştirakçıları iştirak edib.

3 ay ərzində görülən işlərlə bağlı qonaqlara geniş məlumat verən layihənin rəhbəri Əfsələddin Ağalarov layihədə 50-dən çox gəncin iştirak etdiyini qeyd edib:

“3 ay ərzində layihəmizə müraciət edən gənclərlə görüşlər keçirdik. Onlarla birlikdə müxtəlif media orqanlarının iş fəaliyyəti ilə tanış olduq. Bundan başqa iştirakçılarımıza media kapitanları tərəfindən təlimlər də keçirildi. Son olaraq bir daha layihəmizə dəstək verən bütün jurnalistlərə, media orqanlarına təşəkkür edirəm”.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışından öncə gəncləri salamlayaraq, layihədə iştirak edən bütün iştirakçılara uğurlar arzu edib:

“Bu cür layihələrin keçirilməsi Azərbaycanda peşəkar jurnalistlərin yetişdirilməsi üçün çox önəmli addımdır. Azərbaycan jurnalistikasının bu gün bir çox problemləri var ki, onları məhz siz həll etməlisiniz. Bu missiya sizinlərin üzərinə düşür. Mən də öz növbəmdə bütün iştirakçıları təbrik edir və sonda layihədə fərqlənən gənc jurnalistləri təbrik edirəm”.

Tədbirdə bundan başqa tanınmış tele-jurnalist Ayaz Mirzəyev, “ölke.az” saytının baş direktoru Məmməd Gülməmmədov, “veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı, “Yenicag” qəzetinin baş redaktoru, araşdırmaçı-jurnalist Aqil Ələsgər, “miq.az” saytının baş redaktoru Aqil Alışov, “azxeber.com” portalının baş redaktoru Hacıbəy Heydərli, ARB Televiziyasının strateji inkişaf departamentinin rəhbəri İsmayıl Həsənov, “editor.az” saytının baş redaktoru Fərid Şahbazlı çıxış edərək gənclərə uğurlar arzu ediblər.

Tədbirdə layihə müddəti ərzində yaradılan “etikjurnalist.az” saytının təqdimat mərasimi də keçirilib. Saytın bundan sonra layihədə fərqlənmə diplomu alan 7 iştirakçı tərəfindən idarə olunacağı elan olunub. Saytda milli mətbuatımızın müxtəlif problemlərinə işıq tutan yazılar dərc ediləcək ki, bu da layihənin əsas məqsədlərindən biridir.

Layihənin sonunda millət vəkili Qənirə Paşayeva və media kapitanları spesifik mövzularda araştırma yazıları yazan 7 gənc jurnalistə sertifikatlarını təqdim ediblər.

Sonda xatirə şəkili çəkdirilib.

www.yenicag.az

1093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv