Gənc jurnalistlər üçün yeni layihəyə start verildi

Gənc jurnalistlər üçün yeni layihəyə start verildi

Müəllif: Redaktor

Baş Redaktor

89CLTzhGm2d6Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc jurnalistlər üçün “Gənc Jurnalistlərin etik davranışlarının təbliği” layihəsinə start verilib.

Layihənin rəhbəri – “azxeber.com” informasiya portalının baş direktoru, gənc jurnalist Əfsələddin Ağalarov layihə müddətində jurnalistika fakültələrində və gənclər təkilatlarının mərkəzi ofislərində jurnalistika sahəsində çalışan gənclərlə görüşlərin keçiriləcəyini söyləyib:

“Azərbaycan mediasında son illər qeyri-peşəkar jurnalistlərin sayında ciddi artımın olduğunu müşahidə edirik. Təkcə cəbhə bölgəsində baş verən hadisələri araşdırdıqda jurnalistlərin bəzilərinin dövlət sirri ilə informasiyanı ayırd edə bilmədiyini müşahidə etdik. Artıq sosial medianın da vətəndaş jurnalistikası kimi yeni mediaya təsirini nəzərə alsaq, jurnalistlər arasında peşə davranış qaydalarının tədris edilməsinə ciddi ehtiyac yaranır. Bu məqsədlə vətəndaş cəmiyyətinə dəstək olmaq, jurnalistikamızda etik davranış qaydalarının təbliğinə dəstək olmaq məqsədi ilə “Gənc Jurnalistlərin etik davranışlarının təbliği” layihəsinə start verdik. Layihənin ilk ayı ərzində sosial şəbəkələrdə, gənclər təkilatlarında və jurnalistika fakültələrində mediaya marağı olan, yazıları dövrü mətbuatda çap edilmiş gənclərlə görüşlər keçirdik. Onlar arasında ən aktivlərini, yəni gələcəkdə jurnalistika sahəsində peşəkar formada çalışacaq gənclər layihəmizin əsas iştirakçıları olacaq. Bu məqsədlə “etikjurnalist.az” saytı da təsis edilib. Saytın yaradılmasında məqsəd isə artıq mətbuatda öz sözünü demiş, qələmi tanınan jurnalistlərin yazılarını, onların bu mövzu ilə bağlı bilgilərini geniş kütlə ilə bölüşməkdir. Saytın təqdimatı bir neçə universitetdə keçiriləcək. Sonda sayt layihədə fərqlənən bir qrup gəncin istifadəsinə veriləcək və onlar bu missiyanı layihə bitdikdən sonra da davam etdirəcəklər”.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti