Gənc müəllimlər UNEC-də işə başladı

Müəllif: Redaktor

Editor

1fa7bd240f09725cb43029176c571c6fAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər” layihəsi çərçivəsində 10 gənc müəllim işə başlayıb. “Gənc müəllimlər” layihəsinin məqsədi özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri UNEC-ə cəlb etməkdir.

Yaşı 30-a qədər olan magistr təhsilli gənclər arasında elan edilən müsabiqəyə 411 nəfər müraciət edib. Birinci mərhələdən 117 nəfər seçilərək, növbəti – müsahibə mərhələsinə dəvət olunub. Onların arasından seçilən 10 nəfər müəllim adını qazanıb.

Seçim zamanı xarici dil bilikləri olan, xaricdə təhsil almış və çalışmış gənclərə üstünlük verilib.
UNEC-də gənc müəllimlərin seçimi davam edir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir