Gənc qız 19 min ödəyərək ayağını kəsdirdi – Fotolar

Müəllif: Redaktor

Editor

tirnak-batmasina-dayanamayinca-bacagini-kestirdi-7738733Yenicag.az xəbər verir ki, Hannah Moore adlı gənc qız, ayaq barmağındakı dırnağı batdığına görə, öz istəyi ilə ayağnı kəsdirib.

Daily Mailin xəbərinə görə, 19 yaşındakı Hannahın batıq dırnağı əməliyyatla alındıqdan sonra dözülməz ağrıları davam edib. Hər hansı bir infeksiya əlaməti olmamasına baxmayaraq ayağına ən kiçik toxunuşda belə göz yaşlarına boğulurdu.
Həkimlər, gənc qıza olduqca nadir görülən kompleks regional ağrı sindromu diaqnozunu qoyublar.
Xəstəlik, 19 yaşındakı qızın ayağının qaralıb pul pul olmasına səbəb oldu. Daha sonra ayağının ortasında deşik əmələ gəlib. İllərnən davam edən faydasız müalicə üsullarından sonra Hannah, ayağının kəsilməsini istəyib. Gənc qız, bu ağrını çəkməkdənsə risk almağı üstün tutub.
Hannah verdiyi açıqlamada, “Daha xoşbəxt ola bilməzdim. Ötən 3 il kabus kimi idi. Ayağıma ədyal belə dəysə ağlayırdım. Bir gün ayağımda qara deşik yarandığını gördüm. Ağrılar getdikçə dözülməz olurdu”, deyib.

Qeyd edək ki, o, əməliyyata 5 min funt sterlinq (təxminən 19 min manat) xərcləyib.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır