!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc qızı boğub öldürən azərbaycanlı tutuldu – MOSKVADA

!Reklam – Yazi

Moskva polisi 21 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəisinin köməkçisi Yuliya İvanova qətldə təqsirləndirilən 24 yaşlı Raqif Qənbərov barəsində Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlandığını bidirib.

İstintaqın versiyasına görə, bu il aprelin 5-də Raqif Qənbərov və tanışı olan qız arasında Nijni Mnevniki küçəsində avtomobildə mübahisə yaranıb.

R. Qənbərov qızı əlləri ilə boğmağa başlayıb. Qız huşunu itirəndən sonra R. Qənbərov kəməri onun boğazına dolayıb və qızı boğaraq öldürüb. Qətlin izini itirmək məqsədi ilə cəsədi Nijnie Mnevniki küçəsi yaxınlığındakı meşə zolağında çalada gizlədib.

R. Qənbərov istintaqa ilkin ifadəsində qətli törətdiyini etiraf edib. Hazırda onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin törədən şəxsin milliyyəti açıqlanmasa da, ad və soyadından onun azərbaycanlı olduğu güman edilir.

Yeniçağ.az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv