!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənc turizm bələdçilərinin formalaşması” layihəsi çərçivəsində təlimlər keçirilib

!Reklam – Yazi

“Gənclər Turizmi” İctimai Birliyi gənclərinpeşəkar kimi formalaşması, eləcə də şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi yönümündə həyata keçirdiyi tədbirləri davam etdirir.

1 fevral 2017-ci il tarixindən etibarən “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilati dəstəyi və IB Club Gənclərin İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə İslam Həmrəyliyi Oyunları Könüllülərinə “Gənc turizm bələdçilərinin formalaşması” layihəsi çərçivəsində təlimlər keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd könüllülərin vaxtının səmərəli keçirilməsini təşkil etmək, onlara yeni bacarıqlar aşılamaq, turizm bələdçiliyi haqqında lazımi məlumatlar verməkdir.

Təlim “Dünya Turizm Bələdçiləri Assosiyasiyalar Federasiyası”-nın Beynəlxalq təlimçi-bələdçisi, bələdçilərin akkreditasiyası üzrə milli koordinatoru, Səkinə Əsgərova tərəfindən aparılmışdır.

“Fəal gəncliyin yetişməsində təhsillə yanaşı, IV İslam Həmrəyliyi Oyunlarının timsalında mötəbər tədbirlərin də böyük rolu vardır. Məhz bu növ tədbirlər zamanı könüllülük fəaliyyəti ilə məşğul olan gənclər həm peşəkar, həm də şəxsi müstəvidə yeni bilik, bacarıqlara yiyələnib, kommunikasiya qabiliyyətlərini inkişaf etdirirlər. Bununla da, cəmiyyətimizdə daha ünsiyyətcil, yardımsevər, diqqətli, vətəninə sevgi duyan bu gənclik Azərbaycanı müxtəlif sahələrdə istər yerli, istərsə də beynəlxalq arenada yüksək səviyyədə təmsil edir. Bu baxımdan “Gənc turizm bələdçilərinin formalaşması” kimi təlimlərin töhfəsi danılmazdır.” – Səkinə Əsgərova təlim zamanı fikirlərini bölüşüb.

Gəncləri bələdçiliyin texniki tərəfləri, qrup menecmenti, müasir bələdçi standartları, müasir turistlərin tələblərinə uyğun tematik turların dizaynı mövzusunda biliklərlə təmin edən bu təlimlər silsiləsi 10 gün davam etmişdir. Hər təlimdə 50-60 könüllü iştirak etmişdir. Sonda təlimdə iştirak edən könüllülərə sertifikatlar təqdim olunmuşdur.

Yeniçağ.az

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv