!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə baş verən hadisə ilə bağlı Rəsmi açıqlama

!Reklam – Yazi

244864Gəncədə baş verən hadisə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, başqasına vermə və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Qeyd edək ki, ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv