Gəncədə “İcma İnkişafı Üzrə” İllik Milli Konfrans keçirilib

Gəncədə “İcma İnkişafı Üzrə” İllik Milli Konfrans keçirilib

Müəllif: Redaktor

Baş Redaktor

146315192113 may 2016-cı ildə Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində “Sosial Tərəqi” İctimai Birliyi tərəfindən “İcma İnkişafı üzrə İllik Milli Konfrans” keçirilib.

Konfransda Azərbaycanda icma inkişafı prosesi, icma səfərbərliyi prosesində və icma əsaslı sosial-iqtisadi inkişaf layihələrinin yerinə yetirilməsində uğurlar, problemlər və öyrənilmiş dərslər və digər mövzular müzakirə edilib. Tədbirdə çıxış edən USAID-in Azərbaycandakı rəhbəri Mikaela Meredis vurğulayıb ki, SEDA layihəsi çərçivəsində indiyədək 33 rayonda yaranmış 65 icmada 73 infrasturuktur layihəsi həyata keçirilib. Bu layihələrə su və elektrik sistemlərinin bərpası və təmiri, yol təmiri, tibb məntəqələrinin tikintisi və digər vacib işlər daxildir.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov açıq hökumətin təşviqi və ictimai iştirakçılıqla bağlı Şuranın üzərinə düşən vəzifələr, QHT-lərin inkişafı istiqamətində görülən işlər, SEDA layihəsi çərçivəsində əməkdaşlıq məsələləri haqqında ətraflı məlumat verib.

Şərq-Qərb İdarəçilik İnstitutunun (EWMI) yerli nümayəndəliyinin rəhbəri Timoti Mədiqan qeyd edib ki, SEDA layihəsi sosial-iqtisadi inkişaf ehtiyaclarını qarşılamaq üçün İcma İnkişaf Şuralarının yaradılması və gücləndirilməsinə dəstək olur.

Konfransda “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönələn dövlət siyasəti, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti haqqında məruzə ilə çıxış edib.
Milli konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə, Yevlax və Xaçmaz rayonlarında yerləşən regional ofislərinin, 33 rayonun icra hakimiyyətlərinin, icma inkişafı layihələrini yerinə yetirən təşkilatların və donor təşkilatların 150-yədək təmsilçisi, icma liderləri iştirak edib.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti