!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə iki minik avtomobil toqquşub, iki nəfər ağır xəsarət alıb

!Reklam – Yazi

1477980137_485047Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb.

“Mercedes” və “VAZ2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ2107” da olan iki sərnişin, şəhər sakinləri, 1940-cı il təvəllüdlü Qənirə İbrahimova və 1975-ci il təvəllüdlü Əminə İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv