Gəncədə küçədə qadın meyiti tapılıb

Müəllif: resul

Editor

meyitGəncədə qadın meyiti aşkarlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində təxminən 60-65 yaşlarında qadın meyiti aşkarlanıb. İlkin məlumata görə, qadın təmizlik idarəsinin işçisi olub və o yolu süpürən zaman avtomobil onu vurub. Qadının kimliyi və onu vuran avtomobil hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır