Gəncədə minik avtomobili ilə yük daşıyanlara qarşı reyd

Müəllif: resul

Editor

Gəncədə minik avtomobillərindən yük avtomobili kimi istifadə edən sürücülərə qarşı reyd keçirilib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı üzərində kustar üsulla hazırlanan iri həcmli yük yeri quraşdırılan QAZ-24 və QAZ-31 markalı avtomobillər saxlanılıb. İnspektor Vasif Rüstəmovun bildirdiyinə görə, belə avtomobillər yol verildiyindən daha artıq yük yığmaqla digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Reyd zamanı 15-ə yaxın iri həcmli yük yerləri quraşdırılan avtomobil saxlanılaraq sürücülərinə qarşı 150 manat məbləğində cərimə tətbiq olunub. Həmçinin avtomobillərdə olan yük yerləri kəsilərək ləğv edilib.

DYP şöbəsindən verilən məlumata görə, belə reydlər bundan sonra da davam etdiriləcək.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir