Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Böyüyən Gənclik” layihəsi çərçivəsində Gəncə şəhərində təlim keçirib.

Yeniçağ.Az “Aktual.az”a istinadən xəbər verir ki, layihənin əsas məqsədi gəncləri reproduktiv sağlamlıq haqqında maarifləndirmək, infeksion xəstəliklər haqqında biliklərini artırmaq, gəncləri sağlam yaşam tərzinin təbliğinə cəlb etməkdir.

Tədbirdə Gəncə Şəhəri İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Azərbaycan Gənclər Fondunun təmsilçisi Ülvi Adıgözəlov, Gənc Vətəndaş ictimai birliyinin idarə heyəti üzvü Aqil Alışov, Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova, yerli televiziya nümayəndələri iştirak edib. Günel Səfərova maarifləndirici və dünya praktikasında həyata keçirilən innovativ layihələr, infeksion xəstəliklərin qarşısının alınma yolları, ailə planlaşdırması və sağlam həyat tərzi barədə gənclərə məlumat verib. Günel Səfərova xüsusilə vurğulayıb ki, Gənclər Fondu gənclərin regionda aktivliyinin artması üçün şərait yaradır və gənclərin bu imkandan yararlanması faydalı olar. Günel Səfərova bildirib ki, layihə çərçivəsində 2 sosial reklam hazırlanacaq. Bu sosial çarxlar vasitəsilə gənclərə sağlam böyümək üçün xüsusi mesajlar veriləcək.

Eyni zamanda internet saytın yaradılacağını deyən Günel Səfərova saytda gənclərin sağlamlıqla bağlı suallarının cavablandırılacağını vurğulayıb.

İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətinin gənclərin fəaliyyəti üçün yaratdığı imkanlardan və şəhərdə həyata keçirilən layihələrdən danışıb, Avropa Gənclər paytaxtı olan Gəncənin həyatında gənclərin önəmli rol aldığını vurğulayıb.

Daha sonra Azərbaycan Gənclər Fondunun nünayəndəsi Ülvi Məmmədov Azərbaycanda gənclər siyasəti, Gənclər fondunun effektli fəaliyyəti və tədbirin mahiyyəti barədə məlumat verib. O qeyd edib ki, Gənclər Fondu gənclər üçün ən yaxşı fürsətdi və hal-hazırda gənclərin potensiallarının üzə çıxması üçün şərait də var. Fond fərdi gənclərin layihələr icra etməsinə imkan yaradır.

Gənc Vətəndaş ictimai birliyinin üzvü Aqil Alışov Gənclərə sağlam yaşam tərzi barəsində məlumat verib: “Azərbaycan Gəncləri yalnız fiziki deyil, düşüncə cəhətdən də sağlam olmalıdırlar.Bunun üçün təhsil vacib şərtdir”.
“Sağlam böyüyən gənclik” layihəsi fevralın 5-də yekunlaşacaq.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."