!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə zəncirvari qəza: 3 maşın toqquşdu

!Reklam – Yazi

trend_car_crash_181111_1Gəncədə 3 avtomobil toqquşub.

Yenicag.az “ARB Kəpəz”-ə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 1-ci kilometrliyində, Gəncə şəhəri ərazisində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Samux rayonunun Zazalı kəndi istiqamətindən magistrala çıxan “Renault” markalı avtomobil digər nəqliyyat vasitələrinin hərəkətini gözləmədiyindən, zəncirvari qəzaya səbəb olub.

Belə ki, “Renault” Gəncə istiqamətində hərəkətdə olan “Mercedes E-Class” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən “Mercedes” yoldan çıxıb və Bakı istiqamətində hərəkətdə olan digər “Mercedes C-Class” markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolun Bakı istiqamətində olan hərəkət hissəsi qismən bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv