!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər Fondu 8-ci qrant müsabiqəsini elan edib

!Reklam – Yazi

2be6f37db548efffb017edfd324f843dMüsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili daxil edilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 8-ci qrant müsabiqəsinin elan edilməsi, fiziki şəxslərə beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına dəyişikliklərin edilməsi, Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 2012-2015-ci illərdə Fond tərəfindən keçirilmiş 7 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 2333 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün 13,5 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib. İclasda “A” kateqoriyası (yerli layihələr) üzrə 12, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 4, “C” kateqoriyası (fərdi layihələr) üzrə 13 istiqamət təsdiq edilib, layihələrin təqdim olunması üçün 1 ayadək müddət (18 dekabr 2015-ci il – 15 yanvar 2016-cı il) müəyyənləşdirilib. Müsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına yardım, 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək və digər yeni mövzular əlavə edilib.
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklərin layihəsi müzakirəyə çıxarılıb. Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, bu qrantların 16-29 yaşlı tədqiqatçılara, ictimai fəal, istedadlı və yaradıcı gənclərə verilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən eyni şəxs il ərzində Fonddan bir dəfə səfər qrantı ala bilər. Sənəddə göstərilir ki, Fond beynəlxalq tədbirdə iştirak üçün tələb olunan nəqliyyat və ya yaşayış xərclərindən yalnız birini ödəyə bilər. Fond qrantın təyinatı üzrə xərclənmədiyini, resipiyentin beynəlxalq tədbirdə iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 ilədək müddətə məhdudlaşdıra, dayandıra və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər tədbirlər görə bilər. Sənəd Müşahidə Şurası tərəfindən təsdiq edilib.

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv