www.sinerjipro.net

SinerjiProWide
Reklam

11997269_1004216852931842_1667748828_n“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi cəbhəyanı rayonlarda yaşayan gənclər arasında“Gənclər, seçkilərə! – cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” adlı layihə çərçivəsində təlimlərə start vermişdir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mərkəzi Seçki Komissiyasının tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən cəbhəyanı rayonlarda yaşayan gənclər arasında “Gənclər, seçkilərə! – cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” adlı layihə çərçivəsində Ağdam və Tərtər rayonunda təlimlər keçirilmişdir. Təlimlərdə region gənclərinə seçki anlayışı, seçki hüququ, seçki sistemləri, seçkilərin həyatımızda rolu və vətəndaşların seçim imkanı vasitəsilə siyasi hakimiyyəti formalaşdırması barədə geniş bilgi verilmişdir. Azad və demokratik seçkilər bəşər tarixinin əsas mübarizə predmetindən biri kimi nəzərdən keçirilərək insanların seçim hüquqları və hakimiyyətin formalaşdırılmasında iştiraklarının məhz demokratik seçki vasitəsiylə həyata keçiridiyi qeyd edilmişdir. Gənclərə həmçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və qarşıdan gələn parlament seçkisinin əhəmiyyətindən danışılaraq onlara namizədlərlə görüşlərdən sesverməyə qədər olan seçki prosesində fəal iştirak etmək tövsiyyə edilmişdir. 16 oktyabr Ağdam rayon Quzanlı qəsəbəsi və 17 oktyabr Tərtər şəhərində baş tutmuş təlimdə ümumilikdə 130 nəfərə yaxın əsasən ilk dəfə səsvermə hüququ olan gənclər iştirak etmişdir. Təlimçilər- Ceyhun Abbasov və Fərhad Fəttahlı tərəfindən seçki barədə edilən təqdimatlar gənclərin böyük marağına səbəb olmuş, təlim prosesinin böyük hissəsi seçkiyə

dair gəncləri maraqlandıran mövzuların qarşılıqlı müzakirəsi şəraitində həyata keçirilmişdir.

Təlimlərdə yerli icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin nümayəndələri, Agdam 118, 119 saylı və Tərtər 95 saylı Dairə Seçki Komissiyalarının məsul şəxsləri iştirak etmişdir.

Təlimlərdə region gənclərinə layihə çərçivəsində nəşr edilmiş “ Gənclər seçilərə” adlı maarifləndirici kitab, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş Azərbaycan Resspublikasının Seçki Məcəlləsi, Seçki günü üçün Yaddaş və Müşahidəçilər üçün Yaddaş paylanılmışdır.

Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunmuşdur.

12170685_1004216522931875_377874537_n 12165805_1004216572931870_1758989371_n 12166024_1004216582931869_770154930_n 12166273_1004216762931851_2105922368_n 12166384_1004216576265203_192667894_n 12166793_1004216532931874_1353510073_n 12166817_1004216526265208_690875288_n 12167494_1004216546265206_880835323_n 12167670_1004216829598511_1275767538_n 12169427_1004216352931892_1845786273_o

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."