!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənclər və İdman Nazirliyində yeni təyinat olub

!Reklam – Yazi

Gənclər və İdman Nazirliyində yeni təyinat gerçəkləşib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, Lütfiyar Rüstəmov nazirliyin İdman məktəbləri sektorunun müdiri kimi fəaliyyətə başlayıb. L.Rüstəmov bu vəzifədə bir müddət öncə vəzifəsindən kənarlaşdırılmış Mütalib Həsənovu əvəzləyib. Xəbəri “Report”a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da təsdiqləyib.

Qeyd edək ki, Lütfiyar Əyyub oğlu Rüstəmov 27 oktyabr 1961-ci ildə Ağdamın Gülablı kəndində anadan olub. 1992 – 1995-ci illərdə Azərbaycan Respublikası İdman Komitəsi, qurumun adı dəyişdirildikdən sonra Gənclər və İdman Nazirliyində mütəxəssis vəzifəsində çalışıb. Daha sonra L.Rüstəmov Türkiyə Şahmat Federasiyasının dəvəti ilə 2001-ci ilədək İstanbul Özəl Ortadoğu Kollecində müəllim, 2006-cı ildən Azərbaycan yığmasının seleksiya üzrə baş məşqçisi vəzifəsində çalışıb. FİDE ustası və beynəlxalq dərəcəli hakim olan nazirlik əməkdaşı 1992 – 1995-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi postunu tutub. “Azərbaycanın əməkdar məşqçisi”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adları almış təcrübəli mütəxəssis 2013-cü ildə ölkədə şahmatın inkişafındakı fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb. L.Rüstəmov yeni təyinatadək gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun köməkçisi olub.

Yeniçağ.Az

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv