yenicag.az
yenicag.az

Gənclərsiz Azərbaycan diasporunu təsəvvür edə bilmirəm-Adil Əliyev

Gənclərsiz Azərbaycan diasporunu təsəvvür edə bilmirəm-Adil Əliyev

Müəllif: Redaktor

Editor

siaphoto_504509-300x213Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevlə diaspor.az olaraq çox maraqlı bir müsaibəmiz oldu. Diasporamızla daim əlaqəsi olan Adil müəllimə ünvanladığımız suallara olduqca maraqlı cavablar aldıq.

Müsahibəni sizə təqdim edirik.

Hazırda diaspora Azərbaycan dövləti üçün hansı mənanı kəsb edir?

Xaricdə güclü Azərbaycan diasporunun yaranması dövlətimizin əsas priortetlərindən biridir. Xarici siyasətimizdə Azərbaycanın güclü diasporunun yaranması xüsusi önəm kəsb edir. Bu ənənə ulu öndər Heydər Əliyevin zamanında qoyulub. İlk dəfə olaraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı Bakıda təşkil edildi və dünyanın müxtəlif ölkələrində yaşayan fəallar qurultaya dəvət olundu. Ondan öncə də ulu öndər Heydər Əliyev dünyanın hansı ölkəsinə səfəri zamanı da orada yaşayan soydaşlarımızla mütləq görüşər və onların suallarını cavablandırardı. Ulu öndərin missiyası bu gün cənab prezidentimiz tərəfindən uğurla aparılır. 2006,2011-ci illərdə də keçirilən qurultaylar Azərbaycan dövlətinin diaspor quruculuğuna nə qədər önəm verdiyini ortaya qoydu.

Sizcə, diasporalarımız dövlətimizin və xalqımızın maraqlarına cavab verə bilirmi?

Bu gün diaspor təşkilatlarımızın fəaliyyəti Azərbaycan mədəniyyətini, tarixini və dəyərlərini təbliğ etməkdir. Bundan başqa da yaşadıqları ölkənin siyasi-ictimai diarələri ilə sıx görüşlər keçirir, xüsusilə, Qarabağ həqiqətlərimizin çatdırılmasında bir sıra fəallıqlar göstərirlər.

Diasporalarımızın fəaliyyətində catışmayan cəhətlər varmı ?

Məni əsas narahat edən məqam diaspor qurumları arasında birliyin zəif olmasıdır. Çünki bunu xarici ölkələrə səfərlər zamanı görürəm. Bir sıra təşkilatlarlar arasında ədavət hökm sürür. Əsasən mənəm-mənəmlik və özlərindən başqa kimisə görməmək diaspor qurumlarımız arasında problemlər yaradır. Bu gün diaspor qurumlarımız arasında koordinasiya güclü olmalıdır ki, erməni lobbisinə qarşı ciddi təsir göstərə bilsinlər. Əks-təqdirdə fəaliyyət istənilən effekti verməyəcək.

Bəzən diaspora təşkilatlarımız arasında bölücülük və fikir ayrılıqı yaranır. Sizcə, bunların qarşısın almaq ücün hansı addımları atmaq lazımdır?

Bilirsiniz ki, Azərbaycan dövləti bütöv və parçalanmadan uzaq, güclü diasporun yaranmasını dəstəkləyir. Bunun üçün nə lazımdır ki,bütün addımlar atılır. Keçirilən tədbirlər buna xidmət edir.

Gənclərin diasporalardakı rolunu necə qiymətləndirərdiniz?

Azərbaycan diasporunda gənclərin xüsusi rolu var. Dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan gənclərimiz ölkəmizin tanıdılmasında fəallıq göstərirlər. Sosial şəbəkələr vasitəsilə bunu izləyir və qürur duyuram ki, onlar ölkəmizim layiqincə təmsil edirlər. Gənclərsiz Azərbaycan diasporunu təsəvvür edə bilmirəm.

Bildiyiniz kimi ən böyük Azərbaycan diasporu Rusiyada formalaşıb . Diasporamız dövlətimizin imicinin yüksəlməsində və maraqlarının qorunmasında öhdəsinə düşən işi layiqincə yerinə yetirə bilirmi ?

Azərbaycanın ən güclü diasporu Rusiyada formalaşıb. Bunun bir sıra səbəbləri var: Azərbaycan Rusiya ilə qonşu dövlətidir. Yüz illədir ki,tarixi-siyasi və mədəni-iqtisadi əlaqələrimiz var. Orada milyonlarla soydaşımız yaşayır. Həm say baxımından, həm də maddi imkan baxımından digər ölkələrə yaşayan soydaşlarımızdan nisbətən üstünlük təşkil edirlər. Həmçinin, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla xanım Əliyevanın fəaliyyətini qeyd edə bilərik. Təşkilat Rusiyada bir sıra önəmli layihələrə imza atıb. Keçirilən nüfuzlu tədbirlərə Rusiyanın yüksək şəxsləri iştirak edirlər. Bundan başqa Ümümrusiya Azərbaycanlıları konqresi , Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi və Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun fəaliyyətləri təqdirə layiqdir.

diaspor.az

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti