!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli

!Reklam – Yazi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı layihəsi üzrə Cəlilabad, Lənkaran, Astara və Masallı şəhərlərində polis əməkdaşları üçün “Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair təlim kursu keçirib.

Təlimlər qeyd edilən şəhərlərin Polis idarələrində təşkil edilib. Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı, müzakirə mövzuları insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər, mövcud stereotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sualların verilmə üsulu, təhqiqat zamanı müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə zərərçəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni vasitələrin tətbiqinə dair müzakirələr aparılıb.

Təlimlər üzrə göstəricilər

Cəlilabad RPŞ-də 19 .06.2017 ci il tarixdə iştirakçıların sayı 32 nəfər ( 32 kişi o qadın) olmuşdur. Onlardan 28 nəfəri polis nəfəri , 4 nəfər sahə rəisi olmuşdur.

Lənkəran RPŞ-də 20.06.2017 ci il tarixdə iştirakçıların sayı 45 nəfər ( 43 kişi 2 qadın ) olmuşdur. Onlardan 4 nəfər sahə rəisi, 1nəfər polisə ictimai dəstək mülki işçi olmuşdur.

Astara RPŞ-də 21.06.2017 ci il tarixdə iştirakçıların sayı 30 nəfər ( 30 kişi 0 qadın) olmuşdur. Onlardan 29 nəfəri polis nəfəri , 1 nəfəri sahə rəisi olmuşdur.

Masallı RPŞ-də 22.06.2017 ci il tarixdə iştirakçıların sayı 84 nəfər ( 83 kişi 1qadın) olmuşdur. Onlardan 79 nəfəri polis nəfəri , 4 nəfəri sahə rəisi olmuşdur.

Ümumilikdə iştirakçıların sayı 191 nəfəri əhatə edib.

Təlimdə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanılıb.

Yenicag.az

www.yenicag.az

1110
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv