www.sinerjipro.net

SinerjiProWide
Reklam

38340“Qəbələ”-“Apollon” qarşılaşmasında baş verəcək gərginliyi biz gözləyirdik. Bu barədə bizi xəbərdar etmişdilər. Qonaqlar öz təhlükəsizliklərinin təmin olunması üçün bizə müraciət etmişdi. Çünki ilk oyunda nələr baş verdiyini hamımız bilirdik”.

Bu sözləri “Qafqazinfo”ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov deyib.

Onun sözlərinə görə, axşam stadionda azarkeşlərin polis tərəfindən döyülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil: “Polis kimisə döyərək həbs etməyib. Oyun bitdikdən sonra azarkeşlər özlərini həddindən artıq çılğın aparıblar. Qonaq komandanın azsaylı azarkeşlərinə qarşı xoşagəlməz ifadələr səsləndiriblər. Getdikcə gərginliyin artmasından ehtiyatlanan polis müdaxilə etmək məcburiyyətində qalıb və sakitləşdirici tədbirlər həyata keçirib”.

Səhlab Bağırov bildirib ki, axşam azarkeşlərin yersiz çılğınlığı və futbola aid olmayan şüarlar səsləndirmələri polisin xidməti vəzifəsini yerinə yetirməsinə maneə yaradıb: “Amma bütün hallarda axşamkı oyunda heç kim həbs edilməyib. Sadəcə prosesin daha da kəskin şəkil almaması üçün önləyici tədbirlər görülüb”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."