www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin(DGK) sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılıb.

DSX-nin mətbuat xidmətindən verilən xəbərə görə, ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən “IV İslam Həmrəyliyi Oyunları” və “Formula I” yarışları ərəfəsində, həmçinin“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilmiş, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.

Gələcəkdə bu kimi tədbirlərin digər dövlət sərhədindən buraxılış məntəqələrində də keçirilməsi nəzərdə tutulub.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."