!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generallar pilotlarla vida mərasimində – FOTOLAR

!Reklam – Yazi

12992216_10209380335011990_974779196_nMüdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlarla və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdə həmçinin Müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytinant Ramiz Tahirov da iştirak edir.

Müdafiə naziri Zakir Həsənov şəhid hərbçilərimizin ailələri ilə görüşərək onlara başsağlığı verib.

Vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılov şəhid olublar. Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv