Yazı İçi 468×60

Bu gün Azərbaycan üçün əsas təhlükəni Transxəzər qaz kəməri problemi təşkil edir.

Bu barədə Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski Tiflisdə beynəlxalq mediaforumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün qətərli “kolleqaların” köməyi ilə TAPİ (Türkmənistan-Əfqanıstan – Pakistan-Hindistan) boru kəməri döyüşçülər tərəfindən kəsilmiş və həmçinin Türkmənistanın cənub sərhədi də zərbə altında qalıb.”Öz növbəsində, Türkmənistan prezidenti xeyli vaxtdır Qərbin qaydaları üzrə oynayaraq, qazı Xəzər vasitəsilə Azərbaycanda tikilmiş borularla Türkiyə ərazisindən Avropa bazarına keçirməyə çalışır. Bu ancaq Azərbaycana lazım deyil, bir halda ki, onun öz qazı var və onu Avropaya ixrac edir”, – deyə Satanovski qeyd edib.

Onun iddiasına görə, Bakı Türkmənistan və Qərbin fikirlərinin bütün təhlükəliliyini anlayaraq buna mane olmağa çalışır. “Bu, müəyyən dərəcədə Xəzəryanı respublikada vəziyyətin sabitliyinin pozulması təhlükəsini yaradır”, – deyə Satanovski bildirib.

Bütovlükdə, Yaxın Şərqdən yayılan terrorizm fonunda Cənubi Qafqazda yaranmış təhlükə barədə danışan Satanovski vurğulayıb ki, əsas təhlükə Suriyada İŞİD sıralarında vuruşan döyüşçülərin mümkün geri axınından ibarətdir. Bu, xüsusilə Gürcüstan üçün təhlükəlidir.

Bir müddət əvvəl də Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski İŞİD-ə qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə olduğunu açıqlamışdı. Koalisiya qüvvələrinin İŞİD-ə qalib gəldikdən sonra terrorçuların vətənlərinə dönəcəyini deyən politoloq əsas prosesin bundan sonra başlayacağını bildirib: “Geri qayıdan terrorçular Qafqazı qan gölünə döndərəcəklər. Mən buna əminəm”.(anspress.com)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."