yenicag.az
yenicag.az

“Gilan Holding” işçi axtarır – VAKANSİYA

“Gilan Holding” işçi axtarır – VAKANSİYA

Müəllif: Redaktor

Editor

“Gilan Holding” mühəndis smetaçı (daşınmaz əmlak üzrə) vəzifəsinə işçi axtarır.

Yenicag.Az-ın məlumatına görə, müvafiq sahə üzrə ali təhsilli, minimum 3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 17-dir.

Namizədə tələblər:
• Müvafiq sahə üzrə ali təhsil;
• Minimum 3 illik iş təcrübəsi;
• SNİP-lərlə işləməyi bacarmalı;
• İngilis və Rus dillərini orta səviyyədə bilən namizədlərə üstünlük verilir;
• MS Ofis proqramlarını (Word, Excel, Outlook) bilməlidir.

Öhdəliklər:
• Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının yüksək şəkildə      hazırlanması;
• Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
• Ümumtikinti, təmir, elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya işlərinin, podrat müqavilələrinin   bağlanması üçün smeta sənədlərinin tərtib olunması;
• Tender təkliflərinin hazırlanması;
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Müqavilələr üzrə yerinə yetirilmiş işlərin tərtib olunması və ona nəzarət;
• Layihə barəsində aylıq texniki hesabatların hazırlanması.
Vakansiya ilə maraqlanan namizədlərdən aşağıdakı linkə daxil olaraq müraciət etmələri xahiş olunur:        http://hr.gilanholding.com/v/2170?lang=az

Yenicag.Az

Xəbərlər, Vakansiya, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti