!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük bəyannamələri elektron formada qəbul ediləcək

!Reklam – Yazi

Azərbaycanda gömrük bəyannamələri elektron formada qəbul ediləcək.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən gömrük bəyannamələri haqqında məlumatın verilməsi Dövlət Gömrük Xidmətinin təqdim etdiyi elektron xidmətlər siyahısına daxil edilib.

Qeyd edək ki, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli sərəncamında Dövlət Gömrük Komitəsinə məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu təmin etmək tapşırılmışdı.

Yenicag.az

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv