!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük generalı qumarda 1 milyon uddu – İddia

!Reklam – Yazi

 

1430807058_vBakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Azərbaycan mətbuatına yad isim deyil. Bu səbəbdən də onunla bağlı məlumatlar daim maraqla qarşılanır. Yenicag.az xəbər verir ki, bu məmurun qumar oyununa aludə olmasına dair dövrü mətbuatda dəfələrlə yazılar yayımlanıb.

Novruzovun Gürcüstana tez-tez səfərlər edərək, bu şakərinə orada dərman tapdığı da iddia olunur.

Fövqəlnazirlə qohumluq əlaqələrinə görə, sürətlə yüksələn V.Novruzovun son Tiflis səfərində əlinin “gətirdiyi” vurğulanır. Maraqlıdır ki, həmişə qumarda uduzanların adı hallanır, bu dəfə isə qazananın adı dillərdə dolaşır. Yayılan xəbərlərə görə, gömrükçü son oyunda 1 milyon dollar udub. Doğrudur, bu məbləğ onun kimi oliqarx məmur üçün kiçik rəqəm sayılsa da, Tiflisdə bu xəbər ciddi rezonans yaradıb. Çünki Azərbaycandan qonşu ölkəyə qumar oynamağa gedənlərin əksəriyyətinin “əlinin gətirmədiyi” bildirilir.

Məsələ ilə bağlı V.Novruzovun mövqeyini öyrənmək istəsək də, bizdə olan kontakt bilgilərinin heç biri vasitəsi ilə gömrük generalı ilə əlaqə yarada bilmədik.

Ancaq istənilən zaman V.Novruzova cavab haqqı tanıyırıq.

Yenicag.az

www.yenicag.az

1575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv