!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük qiymətləri qaldırdı – Taxta kəskin bahalaşdı

!Reklam – Yazi

taxta7dsdsdGömrük komitəsi tikinti materiallarının rəsmiləşdirməsi qiymətini qaldırıb.

Bu barədə Dərnəgül bazarında taxta işi məşğul olan sahibkarlar məlumat verib.

Bildirilir ki, son günlər ölkədə baş verən kəskin devalvasiya proseslərindən sonra inşaat materiallarının, xüsusən də taxta materiallarının qiyməti – hər kuba görə 195-200 manatdan 320-330 manata qədər qalxıb.

Daha çox Rusiyadan idxal edilən taxtanın qiymətinin bu səviyyədə qalxmasına səbəb dolların və rublun məzənnəsinin manata nisbətən yüksəlməsidir. Bundan başqa Dövlət Gömrük Komitəsi taxtanın hər vaqonuna əvvəllər 7300 dollar rüsum alırdısa devalvasiya proseslərindən sonra bu məbləğ 8500-ə qaldırılıb.

Rusiyadan taxta materialları gətirən Azərbaycan sahibkarları mallarını İrana daşıyırlar. Buna səbəb qiymətlərdəki bahalaşma səbəbindən bazarda müştəri qıtlığının yaranmasıdır.

Sahibkarlar deyir ki, bu il qeydə alınan durğunluq ötən illə müqayisədə daha çoxdur.(XəzərNews)

www.yenicag.az

1267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv