Gömrükdə əməliyyat – Ayaqqabısından 1 milyon çıxdı

Müəllif: Redaktor

Editor

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat zamanı Azərbaycandan Gürcüstana səyahət edən 2 nəfər Azərbaycan Respublikası vətəndaşının üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxslərdən birinin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 milyon Rusiya rublu, digərinin üzərindəki gödəkcənin cibindən isə sellofan paketdə bükülü vəziyyətdə 400 min Rusiya rublu aşkar edilib.

“Sınıq Körpü” gömrük postunda aşkar edilən daha bir valyuta qaçaqmalçılığı faktı üzrə isə Gürcüstan Respublikasına səyəhət edən Azərbaycan Respublikası vətəndaşının üzərindəki gödəkçənin cibindən gömrük nəzarətindən gizlədilən 600 min Rusiya rublu aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir