!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə əməliyyat - Külli miqdarda qol saatları aşkarlandı - Foto

!Reklam – Yazi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları böyük sayda müxtəlif markalı qol saatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlər Gömrük Komitəsinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə satış məqsədilə gətirilməsi barədə məlumat daxil olub.

Həmin əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl baqajı ilə birlikdə gömrük nəzarəti zonasından “yaşıl dəhliz” vasitəsilə çıxmaq istəyərkən saxlanılıb. Şifahi sorğu-sual zamanı həmin şəxs üzərində və əl baqajında mütləq bəyan ediləsi malların olmadığını bildirib.

Lakin vətəndaşa məxsus malların yoxlanılması zamanı gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı, şifahi və ya elektron formada bəyan olunmayan, cəmi 403 ədəd müxtəlif markalı qol saatları aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 403 ədəd müxtəlif markalı qol saatlarının kontrafakt məhsullar olduğu aydınlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv