Ads by Google

hightechnic
Ads by Google

 

siqare5Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “VAZ-21013” markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.

Əməliyyat tədbiri nəticəsində “VAZ-21013” markalı minik avtomobili Masallı şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb və baxış keçirilib.

Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 85.400 ədəd “Manchester”, “Golden Gate” və “D&J” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."